Ana Sayfa > Siyasət / Manşet > Maliyyə Nazirliyinə 40 mini kim çatdırıb? – Ağdamda
Maliyyə Nazirliyinə 40 mini kim çatdırıb? – Ağdamda30-11-2015, 10:28. Yazar: admin |
Ağdamın təhsil sahəsində maliyyə böhranı hökm sürməkdədir. Vertikal.az vhm.az-a istinadən xəbər verir ki, orta ixtisas sahələrində çalışan şəxslərin maaş problemi ilə üzləşməsi məcburi köçkün müəllimlərin haqlı olaraq ciddi narazılığına səbəb olub. Ağdam rayon icra başçısı Raqub Məmmədov Rahil adlı qohumu ilə əlbir olaraq maxinasiyaları reallaşdırıb. Hər birindən 2000 manat alaraq 200 nəfər şəxsi müəllim kimi işə götürmələri, həmin şəxslərin sentyabr-oktyabr ayları üçün məvacibinin keçən tədris ili üçün ayrılmış maliyyə ilə verildiyini, elə bu səbəbdən də vəsaitin tükəndiyi vurğulanıb. Raqub Məmmədovun xahişi ilə 24.11.2015-ci il tarixdə Ağdam rayonu üzrə Maliyyə İdarəsinin rəisi Rəşad Məhərrəmov Təhsil Şöbəsində yeni təyin olunmuş müdirə Mətanət xanımın iş otağında gizli toplantıda yeni açılmış 43 sinif üçün maliyyə ayrılması məsələsini müzakirə ediblər. 43 sinifin açılması həm də başqa rayonun sakini olan şagirdlər hesabına baş tutub. Yəni araşdırılsa ortaya çıxar ki, nə qədər başqa rayondan olan şagird burada təhsil alır və həmin yeni açılmış siniflər də həmin şagirdlərin olmasındandır. İddiaya görə əvvəl həmin yeni yaradılmış 43 sinif üçün Rəşad Məhərrəmov 50.000 manat pul verilməli olduğunu bildirsə də, TŞ müdirəsinin iş otağında “açılan bazar” hesabına 40.000 manatla “halallaşıb”lar. Rəşad Məhərrəmov Maliyyə Nazirliyində sosial sahələrin maliyyəsi şöbəsinin müdiri işləyən Xəqani Rzayevlə danışaraq, nazirliyin səlahiyyətli şəxsi ilə bu məsələni razılaşdıracağını boynuna götürərək oradan ayrıldığı bildirilir. Qarşı tərəfi dinləməyə hazırıq. Geri dön |