Vidadi İsayevin də vaxtı yetişdi: Bərdənin icra başçısı dəyişdirilə bilər
Tarix: 9-03-2015, 14:46 | Çap et
Vidadi İsayevin də vaxtı yetişdi: Bərdənin icra başçısı dəyişdirilə bilər
Qarabağ düzünün mərkəzində yerləşən, kənd təsərrüfatı rayonlarından sayılan Bərdənin icra başçısı dəyişdirilə bilər. 4 ilə yaxındır ki, prezident İlham Əliyev tərəfindən etimad göstərilərək yığılıb qalan problemlərin həll edilməsi üçün Bərdəyə başçı təyin edilən Vidadi İsayev bu işlərin öhdəsindən gələ bilməyib.

Bu barədə Vertikal.az-a daxil olan eksklüziv məlumatda qeyd olunur ki, son vaxtlar Bərdədə xoşagəlməz hadisələrin baş verməsi, rayondakı sahibkarların icra başçısı tərəfindən incidilməsi və diğər problemlər ciddi narazılıq yaradıb.

Üstəlik, ölkə başçısı İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirə zamanı qaldırdığı subsidiyalarla bağlı problemin Bərdədə daha qabarıq formada üzə çıxması, icra başçısı tərəfindən bunun qarşısının alınması cəhdələrinin yuxarılara bəlli olması prosessi bir qədər sürətləndirib. Belə ki, əsasən kənd təsərrüfatı rayonu kimi tanınan Bərdə sahibkarlarına yüz min manatla subsidiyalar ayrılıb. Amma ortada ciddi bir nəticə yoxdur.

Sahibkarlar isə əsas səbəbkarın icra başçısı Vidadi İsayev olduğunu düşünürlər. Kənd təsərrütafının inkişafı üçün ayrılan subsidiyaların 50 faizi sahibkarlardan alınaraq Bərdədə təmir-tikinti işlərinin aparılmasına sərf olunub. Qalan 50 faiz pulla isə ciddi bir görmək mümkün deyil.

Bütün bunların fonunda yaxın vaxtlarla Bərdənin icra başçısının dəyişdirilməsi gözləniləndir. İndi ən böyük sual isə, bu posta kimin təyin olunacağıdır. Bu posta ciddi namizədlərin varlığını deyən mənbə bir nəfərin bu posta daha real namizəd olduğunu deyir. Məlumatdfa qeyd olunur ki, Bərdənin yeni icra başçısı olmaq üçün Bərdə Rayon Statistika İdarəsinin rəisi Əlövsət məmmədov da çalışır.

Xəbərdə deyilir ki, Vidadi İsayev baş verənlərdən xəbərdar olsa da, prosessin qarşısını ala bilmir: “Vidadi İsayev postdan salınarsa onu heş bir vəzifə gözləmir”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net