Ana Sayfa > Üçüncü sektor > Bakıdakı qəbiristanlıqda məzar yeri alıb-satanlar var - REPORTAJ

Bakıdakı qəbiristanlıqda məzar yeri alıb-satanlar var - REPORTAJ


24-11-2015, 09:43. Yazar: admin
Bakıdakı qəbiristanlıqda məzar yeri alıb-satanlar var - REPORTAJ
Bir gün bu düyaya gələn insan, qismətinə düşən ömrünü başa vurub bir gün də o dünyaya köçür. Təbii ki, bu dünyada insanların hamısı eyni şəraitdə yaşamır, biri varlı, biri kasıb olur. Amma fərqli tərzdə yaşayan insanlar vəfat edəndə eyni statusla yola salınırlar. Əlbəttə, bu dünyada təmtəraqla yaşayan insanlar öləndə doğmaları, yaxınları onu eyni təmtəraqla yola salmağa, qəbrini tfərqləndirməyə çalşırlar. Sözsüz ki, bu dünyada kasıb yaşayan insanın o dünyaya yola salınması da kasıbyana olur.

Azərbaycanda kiminsə varlı, yaxud kasıb olmasını öləndən sonra da göstərən cəhətlərdən biri də ona qəbir üçün ayrılan yer, başdaşının böyüklüyü və digər xüsusiyyətlərdir. Bu baxımdan ölkədə kimsəsizlərin və yiyəsi olmayan insanların basdırılması üçün qəbirstanlıqlar da var. Bunlardan biri Hövsanda yerləşən “kimsəzsizlər qəbirstanlğı” adlandırılan yerdir.

Bu gün Bakının mərkəzinə yaxın yerlərdə olan qəbirstanlıqlarda ölüyə yer almaq üçün ən azı 2-3 min manatından keçməlisən. Keşlə qəsəbəsində yerləşən qəbirstanlıqda 1 nəfərin dəfni üçün yer 2 min manatdan, Yasamal qəbirstanlığında isə 3 min manatdan başlayır. Bunu Modern.az-a Keşlə qəbirstanlığında işləyən Oruc adlı şəxs deyib:

“Bu qəbirstanlıqda yerin qiyməti 2 min manatdan başlayır və 11min manata qədər artır. Amma indi burada yer qalmayıb. Hər yeri ölü yiyələri əvvəlcədən tutublar. Bizim millət belədir ki, ölən bir adamı basdıran zaman sağ qalan yaxın qohm-əqrabalarına da yer tutr. Ona görə də neçə illər bundan qabaq kimsə öz ölüsünü basdıranda həmin qəbrin yanında başqa yer də alıb . İndi həmin yerləri satanlar da var”.

Oruc kişinin sözlərinə görə, hazırda bu qəbiristanlıqda bir nəfərin basdırılması üçün yerpulundan əlavə 320 manat da lazımdır: “Bu məbləğə yalnız daş, qum, sement, qəbirin qazılması, daş pilitəlrin qəbirin üstünə qoyulması, üstünün betonlanması üçün xərclər daxildur. Bu gün ən baha qəbirstanlıq Yasamaldadır. Orada yerin qiyməti 3 min manatdan başlayır. Eşitdiyimə görə, Hövsanda təzə qəbirstanlıq salınıb. Deyirlər, ucuzudur. İndi oradan ucuz yer almaq olar, ancaq bir müddət sonra orada qiymətlər artacaq”.

Yaxını, yaxud adamı vəfat edənlər onun yuyulmasına, maşınla aparılmasına və əgər yas mərasiumi üçün çadıra ehtiyacı olarsa, ümumilikdə 450-460 manatından da keçməlidir. Bunu isə qəbiristanlıqdakı meyit yuyulan yerin işçisi Əfqan deyib: “Ölünü yumaq 50-60 manatdır. Qara cənazə maşını 100 manata başa gəlir. Kimin çadıra ehtiyacı varsa, ən azı 300 manatından keçməlidir”.

Əzizlərinə, yaxınlarına qəbir daşı sifariş etmək istəyən insanlar isə büdcəsindən 400 manatdan sonu bəlli olmayan miqdara qədər xərcləyə bilər. Qəbir daşı düzəldilən sexin işçiləri isə bildirirlər ki, bu gün ən ucuz adi qəbir daşı, yəni mərmər olmayan adi ağ daşların qiyməti 400 manatdan 1300 manata qədərdir. Amma kimsə ölüsünə mərmərdən daş, abidə qoydurmaq istəyirsə, ən azı 1300 xərcləməlidir. Sonu isə bilinmir. Yəni, bu, artıq mərmərdən düzəldilən başdaşının, abidənin ölçüsündən, həcmindən asılıdır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırladığı “Məzar yerləri və məzarlıqlar haqqında” qərar layihəsində dəfn mərasimlərini həyata keçirmək üçün insanlara maliyyə vəsaitinin verilməsi də daxil edilib. Lakin həmin məbləğin çox cüzi olacağı bildirlir...

Geri dön