Ana Sayfa > Üçüncü sektor > İcra başçısı Milli Dirçəliş günü rayonu işıqsız qoydu

İcra başçısı Milli Dirçəliş günü rayonu işıqsız qoydu


18-11-2015, 10:15. Yazar: admin
İcra başçısı Milli Dirçəliş günü rayonu işıqsız qoydu
"Ötən gün - Milli Dirçəliş günü Göyçay rayonunun əsas prospekti bütün gün ərzində işıqsız qalıb. Heydər Əliyevin adına olan prospektdə elektrik enerjisinin verilməməsinin səbəbi bilinməyib. Sakinlər bir gecəni soyuq hava şəraitində qaranlıqda keçirmək məcbiriyyətində qalıblar".

Bunu Arqument.Az-a Göyçay rayon Heydər Əliyev prospektində yaşayan sakinlər deyiblər.

Onların sözlərinə görə, prspektdə "AccessBank"ın Göyçay filialı, Göyçay Rayon İdarəetmə və Texnologiya kolleci, Göyçay Mehmanxanası, Göyçay şəhər 9 saylı orta məktəb, Göyçay şəhər uşaq poliklinikası, Heydər Əliyev Muzeyi və rayon Tikiş Fabriki də işıqsız qalıb.

Sakinlər bildiriblər ki, problemlə bağlı "Azərişıq"ın rayon şöbəsinə və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Ağayevə müraciət edilsə də, heş bir tədbir görülməyib, problemin aradan qaldırrılması üçün heç bir tədbir görülməyib.

Dövlət əhəmiyyətli bir gündə rayonun əsas prospektinin işıqsız qalması sakinlərin ciddi narazılığına səbəb olub. Onlar icra başçısından ölkə başçına müraciət edəcəklərini bildiriblər. Sakinlər onu da bildiriblər ki, Mübariz Ağayev icra başçısı təyin olunduğu az vaxtda vətəndaşları narazı salıb. Belə ki, lazım olmayan işlərə milyonlar sərf edən, amma belə önəmli günlərdə vətəndaşları problemlə üz-üzə qoyan icra başçısı hamını bezdirib. Məhz buna görə də sakinlər ölkə başçısından Mübariz Ağayevlə bağlı tədbir görməyi xahiş edəcəklər.

Sakinlər həmçinin bildiriblər ki, sözügedən prospekt Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Mənsur Məmmədovun dövründə bircə dəfə də olsun, işıqsız qalmayıb. Onlar bunu Mübariz Ağayevin Milli Dirçəliş gününə qərəzli münasibəti kimi qiymətləndiriblər.

Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri dön