Ana Sayfa > Üçüncü sektor > Səlim Müslümovun Yardımlıdakı nümayəndəsi ilə bağlı ilginc iddia
Səlim Müslümovun Yardımlıdakı nümayəndəsi ilə bağlı ilginc iddia12-11-2015, 09:56. Yazar: admin |
Yardımlıda Miramid Səmədov kabusu: ƏƏSMM-nin rəhbəri onsuz da ağır şərtlər altında yayşayan bu dağ rayonu əhalisinin sözün həqiqi mənasında sosial probleminə çevrilib Miramid Səmədov hər yerdə özünü Peyğəmbər nəslindəm olduğunu deyir, amma kasıbın çörəyinə qənim kəsilib Yardımlıdan AzFakt.com-a daxil olan məlumata görə rayonun Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin rəhbəri Miramid Səmədov rəhbərlik etdiyi qurumu korrupsiya yuvasına çevirib. Rayon sakinləri saytımızın elektron poçtuna göndərdikləri şikayət məktubunda qeyd edirlər ki, Miramid Səmədov hər yerdə özünü Peyğəmbər nəslindəm olduğunu deyir. İdarə rəhbəri onun cəddinə şübhə ilə yanaşanların başına pis işlər gələcəyini vurğulasa da, özü heç dəAllahın xoşuna gələn işlərlə məşğul olur. Belə ki, kasıbın çörəyinə qənim kəsilən Miramid Səmədovun vəzifəsi rayon sakinlərinin sosial problemlərini həll etmək olsa da, o, insanların son tikəsini belə onların boğazından çıxartmaqla məşğul olur. Daxil olan şikayət məktubunda bildirilir ki, Miramid Səmədov sosial yardım almaq istəyən vətəndaşlardan öncədən 3 aylğı nəğd şəkildə istəyir. Şikayətçi bildirir ki, Miramid Səmədovdan öncəki müdir daha şükürlü və daha insaflı adam olub. Çünki keçmiş müdir seyid-peyğəmbər övladı olan Miramid Səmədovdan fərqli olaraq sosial yardım alanlardan 2 aylıq alırdı və rüşvəti nəğd yox hissə - hissə istəyirdi. Ancaq Miramid Səmədov ƏSMM müdiri olandan sonra sosial yardim almaq istəyənlərdən rüşvəti öncədən istəyir. Şikayətçilərin iddiasına görə mərkəz müdiri açıq şəkildə hər kəsə deyir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə 2 aydan bir «hesab» verir. Buna görə də Miramid Səmədov rüşvət almaqdan savayı çarəsinin olmadığını bildirir. Məlumatda bildirilir ki, hazırda Yardımlı rayonunda 1041 vətəndaş sosial yardım siyahısındadır. Ancaq bu şəxslərin 30-a yaxını Miramid Səmədovun özünün şəxsi «kadrlarıdır».şikayətçi qeyd edir ki, mərkəz müdiri qohumunu, yaxın adamlarının adını sosial yardım siyahısına yazaraq ayda onların hesabına 4 min manatdan artıq qazanc əldə edir və buna görə də onlarla dövlət yardımına ehtiyacı olan şəxsin ailəsini çörəksiz qoyur. Bildirilir ki, hazırda yüzlərlə vətəndaş var ki, onlara sosial yardım düşüməsinə baxmayaraq Miramid Səmədov həmin şəxsləri bu yardımdan məhrum edib. Çünki mərkəz müdirinə bəri başdan 600-700 manat rüşvət verməyə bir çox şəxlərin gücü çatmır. Şikayətdə qeyd olunur ki, Miramid Səmədov özünə çox arxayındır və buna görə də heç bir şikayətə məhəl qoymur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri dön |