Ana Sayfa > Üçüncü sektor > Problemin arxasında Abdin Fərzəliyev dayanır

Problemin arxasında Abdin Fərzəliyev dayanır


10-11-2015, 10:15. Yazar: admin
Problemin arxasında Abdin Fərzəliyev dayanır
Xeyli vaxtdır Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın sakinlərinin müraciəti əsasında həmin binanın həyətində yaşanan problemlə bağlı yazılar dərc etmişik. Qısa xatırlatma üçün bildirək ki, həmin məhlənin həyətində bir neçə qonşu yerə dəmir mıx basdıraraq öz avtomobilləri üçün avtodayanacaq düzəldiblər. Binanın sakinləri dəfələrlə Nərimanov rayon icra hakimiyyətinin başçısına, Nəriamnov RPİ-nin rəisinə müraciət etsələr də bu şəxslər barədə tədbir görən olmayıb. Redaksiyamıza müraciət edən şəxslərin xahişi ilə əməkdaşlarmız bir daha Aşı Alı küçəsi 7/19 binanın həyətinə baş çəkiblər.

Qafqaznews.az bildirir ki, binanın sakinləri ilə söhbət zamanı hadisə yerinə sahə inspektoru Elxan Əliyev də yaxınlaşıb. O, bizim əməkdaşlarmıza bildirib ki, 20 dəqiqə bundan əvvəl yerə basdırılan dəmir mıxı yerdən çıxartdırsa da həmin şəxslər yenə də dəmir mıxı gətirib həmin yerə basdırıblar. Sonra bizim əməkdaşlarmızın iştirakı ilə Elxan Əliyev yerə dəmir mıx basdıran 90 CP 059 Toyota Camri avtomobilinin sahibi, Aşıq Alı küçəsi 7/19 binanın 109- cu mənzilin sakini Babayeva Şaiqə Əbülfəz qızına, oğlu Babaya və həyat yoldaşı İlqara zəng edərək yerə basdırdıqları dəmir mıxı dərhal çıxartmağı tələb etsə də onlardan binanın sakinlərini və sahə inspektoru şoka salan cavab gəlib.

Onlar cavab olaraq bildiriblər ki, bizim arxamızda Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyev dayanıb və biz nəinki bu həyətdə hətta bu rayonda nə istəsək edə bilərik. Bu sözlərdən şoka düşən bina sakinlərinin gözünün önündən son vaxtlar keçmiş MTN şefi Eldar Mahmudovla bağlı baş verənlər gəlib keçib. Axı vaxtı ilə onun da dostları və qohumları bu cür hərəkətlər edib onun adından istifadə edirdilər. Və sonra sakinlər biz jurnalistlərə də cavab olaraq bildirdilər ki, çox çəkməz yaxın zamanlarda Abdin Fərzəliyev də tutduğu vəzifəsindən azad olunar, ondan sonra 109-un at oynadan sakinləri də Eldar Mahmudovun dostlarının və qohumlarnın gününə düşər. Amma binanın sakinləri bizə bildirdilər ki, onlar geri çəkilən deyillər və axıradək mübarizə aparacaqlar. Bu ölkənin ədalətli dövlət başçısı var və ümid edirik ki, dövlət başçısı bizim müraciətlərmizlə tanış olacaq. Və bu məhəllədə Abdin Fərzəliyevin at oynadan adamlarının qarşısı mütləq alınacaq.




Geri dön