Ana Sayfa > Üçüncü sektor > Masallıda DYP qanunları pozur
Masallıda DYP qanunları pozur22-09-2015, 10:27. Yazar: admin |
Masallı DYP-da özbaşınalıqlar pik həddə çatıb. “Al gülüm ver gülüm” prinsipi ilə işləyən Afət Mirzəyevin bu mexanizmi öz işçilərinində qəzəbinə səbəb olub. Deyilənə görə şöbədə vəziyyət o yerə gəlib çatıb ki, A. Mirzəyev işçilərini də həbs etdirəcəyi ilə hədələyir. Masallı DYP-dakı etibarlı mənbənin azerinews.tv-yə verdiyi məlumata görə 25. 07.2015 tarixində içkili vəziyyətdə saxlanılan Kərimov Hikmət Aydın oğludan alınan 1400 manat puldan, həmin vətəndaşı tutan işçiyə çatmadığı üçün şöbədə piabrçılıq yaranıb. Zəhmət haqını tələb edən işçi Afət tərəfindən təhqir edilib. Beləki, 90 AB 915 seryalı avtomobilin sahibi, Dövlət Radiotezliklər idarəsinin Masallı şöbəsinin müdiri (hüquqi şəxs)Hikmət Kərimov içkili vəziyyətdə saxlansada, şəxsən Afət Mirzəyev tərəfindən alınan rüşvət hesabına fiziki şəxs kimi “oformit” edilərək buraxılıb. Amma qanunlara əsasən bu mümkün deyil. Çünki içkili vəziyyətdə saxlanılan sürücü fiziki şəxs kimi 270 manat cərmə ödədiyi halda, fiziki şəxslər onun 3 və ya 5 mislinə qədər cərimə ödəməyə məcburdur. Afət Mirzəyev bunu yaxşı bildiyi üçün vəziyyətdən yararlanaraq karlı çıxıb. Yəni, 90 AB 915 seryalı avtomobilin sahibindən aldığı 1400 manat rüşvətin 270 manatını çərimə yazaraq qalanını cibinə qoyub. Bildirək ki, bütün bu məsələlər Mirzəyevin sehirbazlığı sayəsində olur. Çünki, əldə etdiyimiz məlumata görə 4 aydı ki, Masallı rayonunda “Alkotestir” yoxdu- yəni işləmir. Afət içkili sürücüləri gözündən tanıyır. O gözlər ki, Mənsuməni hələdə öz orbitindən çıxarıb... Afət Mirzəyevin qanunsuzluqları bununla bitmir. Azerinews.tv-yə daxil olan bir digər məlumatda isə deyilir ki, Afət Mirzəyev Qızılavar kənd ərazi nümayəndəliyində çalışan məmuruda içkili avtomobil idarə edən zaman tutaraq öz Alkotestirindən keçirərək 550 manatın alaraq günahını bağışlayıb. Bundan başqa 44 BH 162 seryalı avtomobilin sahibi pravasız sükan arxasına oturmağa peşiman olub. Cənab Mirzəyev onuda tutaraq 150 manatını alaraq , dayanma -durma nişnın tələbini pozma pratakolu tərtib edərək buraxıb. Masallı DYP-da belə hallar çoxdu. Afət Mirzəyev və onun əsgərləri baradə şikayətlər və müraciətləri növbəti saylarımızda da işıqlandırmağa çalışacağıq. Bizi izləyin Geri dön |