Ana Sayfa > Üçüncü sektor > Rusiya Dağlıq Qarabağa qoşun yeridəcək?

Rusiya Dağlıq Qarabağa qoşun yeridəcək?


21-09-2015, 10:23. Yazar: admin
Rusiya Dağlıq Qarabağa qoşun yeridəcək?
"Ermənistanda yayılan şaiələrə görə Rusiya və Azərbaycan arasındakı danışıqlara əsasən, Rusiya qoşunları Dağlıq Qarabağda yerləşdiriləcək və ərazi neytral elan olunacaq".

Bu təxmin tanınmış siyasi ekspert və politoloq Reva Bahallanın "Stratfor" agentliyinin yaydığı "The Logic and Risks Behind Russia's Statelet Sponsorship" analitik yazısındandır.

Avropa.info milli.az saytına istinadən postsovet məkanında çox böyük əks-səda doğurmuş yazını təqdim edir:

Rusiya kiçik "müstəqil dövlət"lərə qarşı daima səxavəti ilə seçilir. Hətta 1990-cı illərin əvvəlində Rusiya Sovetlər Birliyinin parçalanmasından sonra öz sərhədlərini müəyyənləşdirərkən belə, kiçik separat dövlətləri unutmurdu və onlara müəyyən yardımlar edirdi. Bunlara Gürcüstandakı Cənubi Osteiya və Abxaziya eləcə də Moldovadakı Dnestryanı ərazilər daxil idi. Vaxt keçdikcə, Rusiya gücləndikcə bu ərazilərdə rus hərbiçilərin sayı da artmağa başladı. Eyni zamanda Rusiyanın büdcəsindən də bu ərazilərin saxlanılması üçün vəsaitlər ayrılmağa başladı.

Bu kiçik dövlətlərin bir sıra oxşar cəhətləri var. Onlar ərazi olaraq çox kiçikdilər. Misal üçün, Cənubi Osetiyada 40 min, Abxaziyada 240 min, Dnestryanı ərazilərdə isə 555 min əhali var. Bu ərazilər tamami ilə təcrid olunub və öz iqtisadiyyatları yoxdur. Demək olar ki, hamsı Rusiyanın hesabına yaşayır. Lakin bu ərazilər Rusiya üçün strateji baxımdan çox vacibdirlər. Gürcüstan və Moldova Qərbə yaxınlaşsa, məhz bu ərazilər vasitəsi ilə sözügedən ölkələrə təzyiq edilə bilər. Bu ölkələrdə Rusiya silahlı qüvvələrinin də yerləşdirilməsi bir növ eyni məqsəd daşıyır. Kiçik dövlətlərə yardımın kökündə nəyin dayandığı çoxdan məlumdur.

Lakin son zamanlar Rusiyanın strategiyası bir qədər qəlizləşib. Krımı özünə qaytardıqdan sonra (2 milyon əhalisi və 26 min kvadrat metr ərazisi olan) Rusiya öz əhatə dairəsinə daha iki "xalq respublikası" da əlavə edib. Söhbət Luqansk və Donetskdən gedir. Dəqiq rəqəmlər açıqlanmasa da, təxminlərə görə Rusiya hər il Abxaziyaya 300 milyon, Cənubi Osetiya və Dnestryanına isə 100 milyon pul ayırır. Krımın dəstəklənməsi üçün isə təkcə 2015-ci ildə 2.4 milyard dollar ayrılıb. Mütəxəssislərin hesablamasına görə, Ukraynanın qərbindəki fəaliyyəti nəticəsində Rusiya büdcəsindən 2 milyarddan artıq pul xərclənib və bu rəqəm artmaqda davam edir.

Belə "ölkələr"in siyahısı isə artmaqdadır. Eyni zamanda Rusiya Suriya rejiminin Latakidəki tərəfdarlarına da hərbi və maddi yardım etməyi davam etdirir. Görünür, bu proses hələ çox çəkəcək. Rusiya suriyalı nüseyrilərə (ələvilər) ərazidə müstəqil dövlət yaratmaq üçün yardım edir.

Qafqaza gəlsək isə Dağlıq Qarabağ probleminin qabardığını görərik. Yayılan məlumatlara görə, Azərbaycan və Rusiya birləşərək Ermənistan - Azərbaycan münasibətlərindəki "status kvo"nu pozmağa hazırlaşırlar. Bundan başqa Rusiya ərazidə nəzrəti gücləndirmək üçün Qafqazın bu bölgəsinə öz qoşunlarını yerləşdirmək niyyətindədir.

Bütün bu proseslər göstərir ki, Rusiya sözügedən ərazilərdə öz təsirini gücləndirmək üçün ciddi addımlar atır. Bu proseslər maddi baxımdan müəyyən çətinliklər yaratsa da, coğrafi siyasətin əsas hissəsi hesab olunur.

Rusiya necə olursa olsun, öz təhlükəsizliyini təmin etmək üçün, təbii, coğrafi sərhədlərini möhkəmlətməlidir. Qərbdə Rusiyanın həssaslıqla yanaşdığı ərazilərdən biri də Ukryana ilə sərhəddidir. Bu istiqamətdə rəsmi Kiyev və NATO arasındakı münasibətlərin qurulmasına mane olmaq üçün Rusiya Dnepryanı fəaliyyətini daha da gücləndirəcək. Krım ətrafında fəaliyyət Sevastopol bazasına dəstək olmaq üçün aparılıb. Qara dənizdə hərbi donanmanın yerləşdirilməsi Aralıq dənizini də nəzarətdə saxlamaq imkanını verir. Aralıq dənizinin hövzəsindəki Latakiya və Tartus limanlarında da alavitlərə dəstək Rusiyanı bu zonada da əsas söz sahibi edən dövlətlərdən birinə çevirir. Qafqazda Rusiya təkcə Ermənistanın sahibi hesab olunduğundan bu ərazilərdə də separatçı qüvvələrə dəstək göstərilir. Gürcüstanla bağlı ssenari artıq çoxdan məlumdur. Azərbaycanla planlaşdırılan Dağlıq Qarabağ anlaşması Rusiyanın Qafqazda daha da möhkəmlənməsinə hesablanıb.

Ukraynanın şərqindəki bufer zonası

Rusiya üçün Ukraynanın şərqi əraziləri daha böyük əhəmiyyət kəsb edir. Artıq uzun müddətdir ki, Ukraynanı kənar müdaxilələrdən təcrid etmək üçün Rusiya intensiv davranışlarını davam etdirir. Əgər Ukrayna Qərbin təsir dairəsinə düşsə, Rusiyanın bu ərazidəki mövqeləri zəifləyəcək. Lakin Rusiya o qədər güclü deyil ki, Dnepr ətrafında möhkəmlənsin və bu ərazilərin iqtisadi və hərbi xərclərini öz üzərinə götürsün. Bu səbədən də Rusiya sakitləşməli və problemin həlli yolunu tapmalıdır. Rusiya sanksiyalar və özünə qarşı məkrli siyasətlə qarşılaşan kimi sözügedən ərazilərdə fəaliyyətini genişləndirir. Bu isə qurbanlar hesabına baş verir. Almaniya və Fransa isə bu siyasətin fərqinə varıb və bu səbəbdən də rəsmi Kiyevə bəzən təzyiqlər göstərir. Təzyiqlər nəticəsində mübahisəli ərazilərdə fəaliyyət bir qədər səngiyir.

Tərəflər bu ssenariyə uyğunlaşmağa başlayıblar, lakin rəsmi Moskva üçün bu qənaətbəxş hesab oluna bilməz. Danışıqların nəticəsindən asılı olmayaraq Rusiya Ukraynadakı hərbi fəaliyyətini dayandırmaq niyyətində deyl. Bu hal rəsmi Kiyevi, ABŞ-a müraciət etməyə vadar edib. Onlar ərazinin bütövlüyünü qorumaq üçün Qərbdən kömək istəyirlər. Rusiya isə açıq şəkildə bildirir ki, Qərbdən ona qarşı olan hər hansı təzyiqin nəticəsi, Ukraynada hərbi fəaliyyətin intensivləşməsi ilə nəticələnə bilər. Lakin bu halda belə Rusiya çox dərinə getməməlidir. Bu ABŞ-ın əks reaksiyası ilə nəticələnə bilər ki, belə olan halda da Rusiyanın Qərbi buferi zəifləyəcək.

Suriyada nüseyrilər (ələvilər) dövlətinin yaranmasına hazırlıq

Rusiyanın Ukraynadakı fəaliyyəti Suriyadakı fəaliyyəti ilə oxşardır. Keçmiş SSRİ ölkələri ilə münasibətlərinə görə ABŞ-la ümumi razılığa gələ bilməyən Rusiya bu danışıqlarda nüfuzunu artımaq üçün özfəaliyyət dairəsini genişlətmək niyyətindədir. Rusiya görür ki, ABŞ İŞİD-lə mübarizədə çətinlik çəkir. Bundan başqa, ölkədə hakimiyyətin tamami ilə dəyişdirilməsi də müzakirə mövzusudur. Bu ilin əvvəlindən Rusiya və ABŞ Bəşər Əsəddən sonra Suriyada hökümətin formalaşdırılması baxımından birgə fəaliyyətə başlayıb. Rusiyaya belə danışıqlar lazımdır. Rusiyaya hələ Əsədi dəstəkləyən dövlətlərin sayının çox olması da lazımdır, İran kimi. Onların əsas məqsədi danışıqlar zamanı Əsəd nümayəndələrinin masada olmasıdır. Rusiya hesab edir ki, analoji danışıqlarda nə qədər üstün olan tərəf olsa, o qədər də onun Qərblə münasibətlərdə marağı təmin olunacaq.

Bununla belə, Rusiya Suriyadakı düşmən mövqeyində olan qrupların arasındakı münaqişəni nizamlamaqda fəal görünmür. Nə qədər ki, daha böyük qüvvələr müzakirəni döyüş meydanında aparmaq istəyir, elə o qədər də bu ərazilərdə sülh olmayacaq. Bu səbədən Rusiyanın planları 2 hissəyə bölünüb. Rusiya Suriya məsələsini ABŞ-a qarşı istifadə etmək üçün köklü planlar formalaşdırmalıdır. Lakin Rusiya buna hazır olmalıdır. Bu səbədən də yuxarıda qeyd etdiyimiz ərazilərdə möhkəmlənmək vacibdir. Əgər Suriya məsələsi Rusiyanın xeyirinə başa çatmasa, o zaman digər bölgələrdəki möhkəmlənmə halı Rusiyanı çətin vəziyyətdən çıxara bilər. Son həftələrdə Rusiya Latakiya və Tartus limanlarında hərbi fəaliyyətini möhkəmlədib. Bu ərazilər nüseyrilərin (ələvilər) nəzarətindədir. Tartusda isə Rusiyanın hərbi bazaları artıq fəaliyyətə başlayıb.

Suriya danışıqlara getmək üçün əzəli torpaqlarında özünü təhlükəsiz hesab etməlidir. İran və Rusiya hazırda bu planı reallaşdırmaq üçün fəaliyyətə başlayıblar. Bu planı həyata keçirmək üçün İranın hərbi rəhbəri general-mayor Kasem Suleymani Rusiyaya rəsmi səfər edib. Sentyabrın əvvəlində Suleymani Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu ilə bu haqda müəyyən müzakirələr aparıb. Sputnik çəkilişlərindən görünür ki, Rusiya ərazidə hərbi aerodrom və əsgərləri üçün yataqxananın inşasını başa vurmaq üzrədir. Görünür ki, Rusiya Aviasiya qüvvələrini bura yerləşdirməklə Nüseyrilər dövlətini gücləndirmək niyyətindədir. STRATFOR agentliyinin yazdığı məlumatlara görə, Rusiya Suriyadakı hərbi fəaliyyəti üçün hələ ki 500 milyon dollar pul xərcləyib. Bu pul Qara Dənizdə möhkəmlənmək üçün müəyyən edilən hərbi büdcədən ayrılıb. Nüseyrilər əmin olunublar ki, Rusiya və İranın dəstəyi ilə tezliklə azad dövlətə sahib olacaqlar. Hadisələr Suriyanın tamami ilə parçalanmasına doğru gedir.

Qafqazın silkələnməsi

Rusiyanın Qafqazla bağlı planı hələ tam şəkildə aydın deyl. Söhbət 20 ildir ki, dondurulmuş Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsindən gedir. Dağlıq Qarabağ 1994-cü ildən Ermənistanın nəzarətindədir. Ərazidə 150 min erməni əhalisinin yaşadığı güman edilir. Ermənistanda hazırda 5 minə yaxın rus hərbiçisi fəaliyyət göstərir. Ayrı tərəfdaşı olmayan Ermənistan bütünlüklə Rusiyadan asılıdır. Ermənistandan fərqli olaraq günü-gündən çiçəklənməkdə olan Azərbaycan Sovet bağlılığını unutmamaq şərti ilə Qərblə də münasibətlərini davam etdirir. Təbii sərvətlərlə zəngin olan ölkə balanslaşdırılmış siyasət yürüdür. Son zamanlar isə Rusiya və Azərbaycan arasındakı münasibətlər heç vaxt olmadığı kimi yaxşılaşıb. Belə bir sual yaranır. Görəsən, Rusiya Azərbaycana Dağlıq Qarabağla bağlı nəsə cəlbedici bir təklif etməyib ki?

ATƏT-in fəaliyyəti artıq Azərbaycanı bezdirib. Rəsmi Bakı uzun müddətli hərbi hazırlıqların sayəsində öz torpaqlarını hərbi yolla qaytarmağın planlarını qurur. Təbii ki, Dağlıq Qarabağ probleminin həlli Rusiyanın fəaliyyətindən çox asılıdır. Qarşıdurma zamanı tamami ilə Rusiyadan asılı olan Ermənistan tək qalsa, o zaman Azərbaycanın üstünlüyü açıq şəkildə görünəcək. Ermənistanda yayılan şayiələrə görə Rusiya və Azərbaycan arasındakı danışıqlara əsasən, Rusiya qoşunları Dağlıq Qarabağda yerləşdiriləcək və ərazi neytral elan olunacaq. Lakin əminliklə demək olar ki, Dağlıq Qarabağla bağlı məsələ həll yolu siyahısında birinci yerdə olanlardandır. Dağlıq Qarabağ Rusyanın əhatə dairəsinə düşə biləcək ən real ərazilərdən hesab olunur.

Belə bir yardım nəyin bahasına baş verir?

Ola bilər ki, Rusyanın sözügedən fəaliyyəti ona maddi baxımdan baha başa gəlir, lakin coğrafi baxımdan çox faydalıdır. Daxildə zəif görünən Rusiya sərhəddə ABŞ təhlükəsinə qarşı çox inamlı mübarizə aparır. Rusya öz sərhədləri çərçivəsində Qərbə təzyiq göstərmək üçün istənilən sayda konflikt yarada bilər. Rublun düşməsi fonunda kiçik dövlətlərdə fəaliyyətinə görə böyük pullar xərcləyən rəsmi Moskvanın bu işi normal dəyərləndirilir. 2015-ci ildə ölkənin büdcəsi 206 milyard dollar olduğu halda sərhəd ətrafı fəaliyyətlərə 5 milyard dollar pul xərclənilib. Bu məbləğə ölkənin Ukrayna və Suriyadakı fəaliyyəti zamanı xərclədiyi pullar daxil deyl. Burada nəzərə alınmayan maraqları da qeyd etmək lazımdır. Artmaqda davam edən hərbi xərcləri digər daha vacib və səmərəli sahələrə də ayırmaq olardı.

Lakin xərclər təkcə madiyyatla bağlı deyl. Qarabağ münaqişəsi partlamağa hazırlaşan bombaya bənzəyir və bu baş versə, prosesi dayandırmaq mümkün olmayacaq. Bu ərazidə Rusiya ilə yanaşı İran və Türkiyənin də maraqları var. Suriyadakı fəaliyyətin də genişlənməsi tam real görünür. Nəzərə almaq lazımdır ki, aviasiyanın yerləşdirilməsindən sonra ondan münaqişə zamanı istifadə edə bilmək perespektivləri də var. Çox güman Suriya ilə bağlı yekun nəticəyə gəlmək üçün ABŞ, Türkiyə, İsrail və bir sıra ərəb ölkələri fəaliyyətə başlayacaqlar. Ukraynadakı gərginlik də səngimək bilmir. Böyük ehtimalla ərazidə tezliklə ABŞ-ın silahlı qüvvələri görünəcək. Bütün bu hadisələr Rusiya ətrafında baş verir. Bu səbədən də baş verəcək qarşıdurmalar zamanı Rusiya daha çox darda qalacaq nəinki ABŞ. Kiçik dövlətlərə yardım strategiyası da hər şeyi buna doğru gətirir.

Geri dön