Ana Sayfa > Üçüncü sektor > Qaradağda qanunlar nəzərə alınmır - ŞİKAYƏT
Qaradağda qanunlar nəzərə alınmır - ŞİKAYƏT7-09-2015, 10:26. Yazar: admin |
Mənzil Kommunal Təsərrüfat Birliklərinin fəaliyyəti vətəndaşları qane etmir. Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə bağlı redaksiyamıza tez-tez şikayətlər daxil olur. Ötən saylarımızda sözügedən qurumla bağlı şikayətləri xatırlatmışdıq. Lakin Qaradağ Mənzil Kommunal Təsərrüfat Birliyinin fəaliyyətində yol verilən nöqsanların sayı durmadan artır. Bu qurum üzərinə düşən öhdəlikləri istənilən səviyyədə yerinə yetirə bilmir. Vətəndaşlar Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Rasim Əhmədovun fəaliyyətindən razı deyil. Belə ki, problemlərinin həlli üçün Əhmədovun qəbuluna düşmək istəyən sakinlər buna nail ola bilmirlər. Kimsə də qəbula düşsə, sədrin qeyri-insani rəftarıyla rastlaşır. Əldə etdiyimiz məlumata görə, Rasim Əhmədov dövlət büdcəsindən quruma ayrılan vəsaiti düzgün xərcləmir. Ona görə də qurum üzərinə düşən öhdəlikləri həyata keçirmir. Vətəndaşları isə büdcədə pul yoxdur deyib yola salır. Vətəndaşların sözlərinə görə, həyətlər vaxtlı-vaxtında süpürülmür, zibil tullantılarını vaxtlı-vaxtında təmziləmirlər. Sözügedən qurumun işçiləri səhərlər həyətləri süpürən zaman, həmin zibilləri yığmaq əvəzinə, blokların ön hissəsində yığıb yandırırlar. Və həmin zaman tüstüdən nə pəncərələri açmaq, nə də blokdan çıxmaq mümkün olmur. Mənzil Kommunal Təsərrüfat İdarələri ümumilikdə özündə mənzil təsərrüfatını (yaşayış kompleksinin istismarı və xidməti, yaşayış məntəqələrinin abadlaşdırılması, yaşıllaşdırılması) və kommunal xidmətlər sahələrini (su təchizatı və kanalizasiya xidmətləri, istilik, elektrik və qaz təchizatı, məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi, lift xidməti, şəhər elektrik nəqliyyatı, hamam, camaşırxana və mehmanxana təsərrüfatı) əhatə edir. Qurumun səlahiyyətində kifayət qədər görülməli işlər olduğu halda, yaranmış problemləri vətəndaşlar özləri həll etməli olurlar. Şikayətçilərin sözlərinə görə, bu gün Qaradağ rayonu ərazisində MKTB-nin görməli olduğu kifayət qədər iş var. Lakin Rasim Əhmədov Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsini icra etdiyi müddətcə, bu problemlərin hələ olduğu kimi qalacağı görünür.(Oxucularımızdan üzr istəyərək bu fikri işlətməyə məcbur olduq. Bu yazı Gündəlik Bakı qəzetinə məxsusdur. Yazılarımızdan çirkin niyyətləri üçün istifadə edənlərin hər şeyi fahişədir) Qeyd edək ki, Rasim Əhmədov 15 ildən artıqdır ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri vəzifəsində çalışır. Deyilənə görə, bu illər ərzində Əhmədov ancaq özü üçün çalışıb. Rayonun ərazisində bir neçə ticarət obyektinə sahibdir. Bu şəxsi vətəndaşların problemləri deyil, öz maraqları düşündürür. Elə bu səbəbdən də rəisin başı özünə şərait qurmağa qarışıb. Deyilənə görə, Əhmədov tez-tez avtomobil dəyişir. Hər dəfə də avtomobilləri bahalı avtomobillər əvəzləyir. Qaradağ camaatı isə problemlərin içərisində çabalayır. Əgər aidiyyəti qurumlar Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, həm də onun sədrinin fəaliyyətini obyektiv şəkildə araşdırsalar, o zaman bir sıra neqativ halların ortaya çıxmasının şahidi olacaqlar. Rasim Əhmədov ayrı-ayrı vətəndaşlara məxsus olan və müvafiq dövlət qurumları tərəfindən təsdiqlənmiş torpaq sahələrini, həmçinin qeyri-yaşayış sahələrini müxtəlif yollarla özününküləşdirməyə çalışır. Bu şəxs vətəndaşların mülkiyyət hüququnu pozmaqda davam edir. Təəssüf ki, Əhmədovu dayandıran yoxdur. Geri dön |