Ana Sayfa > Üçüncü sektor > Şamaxıdakı "Fortuna" restoranında nə baş verir?

Şamaxıdakı "Fortuna" restoranında nə baş verir?


11-08-2015, 11:00. Yazar: admin
Şamaxıdakı "Fortuna" restoranında nə baş verir?
Şamaxıda Qarabağ qazilərinə qarşı sayğısızlıq edilib. Bunu həmin hörmətsizliklə üzləşmiş veteran Şakir İsmayılov bildirib.

Laçın rayon Alqulu kəndində anadan olmuş, hal-hazırda Bakı şəhəri Binəqədi rayonu DYP-nin arxasında yerləşən binada yaşayan İsmayılov bildirir ki, o, Şamaxıda "Fortuna" adlı restorana gedərək, orada dostları və ailə üzvləri ilə birlikdə çörək yemək istəyib. "Avqustun 8-i orada olanda bizə oturmaq üçün stolu satdılar. Ora restoran olsa da, restorana oxşamır. Hər gələnə bir stol verib, dəllallıq edib, pullarını alırlar. Mən də hamı kimi pulumu verib, oturmaq üçün yer aldım. Amma bir qədər sonra yaxınlaşıb dedilər ki, burada əyləşmək olmaz. Səbəbini isə izah etmədilər". Nəzərinizə çatdıraq ki, Qarabağ qazisi bundan sonra Şamaxıda yerləşən "Fortuna" restoranından bir qədər kənarda yerləşən meşəlikdə yer etmək istəyib. Lakin restoranın işçiləri gəlib onları oradan da uzaqlaşdırıblar. "Mən Azərbaycan vətəndaşı və Qarabağ qazisi kimi, vergilər naziri Fazil Məmmədovdan və Ali Baş Komandan İlham Əliyevdən xahiş edirəm ki, Qarabağ müharibəsində canlarını qoymuş bizim kimi oğlanlara qarşı bu cür hərəkətlərə yol verənləri cəzalandırsınlar".

Geri dön