Ana Sayfa > Üçüncü sektor > Hökumət orqanlarının unutduğu Qarabağ əlili...

Hökumət orqanlarının unutduğu Qarabağ əlili...


3-08-2015, 10:06. Yazar: admin
Hökumət orqanlarının unutduğu Qarabağ əlili...
Gözlərində sanki həyat sönüb. Xəstə görünür. Siqareti siqaretə calayır. Küskün, həyatdan bezmiş adam kimi danışır. Deməsinə görə, valideyinlərindən başqa hamı onu unudub. Söhbət hərbi əlil, Lənkəran rayonun Bürcəli kənd sakni Zaur Ağayevdən gedir.

O, deyir ki, 1995-1996-cı illərdə Azərbaycanın milli ordusunda Füzuli istiqamətində hərbi xidmət edib.

“2001-ci ildə Qarabağ əlili statusnu əlimdən aldılar”

“Atəşkəs idi. Faktiki olaraq döyüşlər davam edirdi. Minaya düşdüm, bir ayağımı itirdim. Ölümdən qayıtdım. Səngərdə ağ ciyərdən də xəstəlik tapdım. Qarabağ əlili statusu verdilər. Həyat şəraitim pis olduğuna görə, şikayətlər edirdim. Buna görə məni cəzalandırdılar. 2001-ci ildə Qarabağ əlili statusunu əlimdən aldılar. Hərbi əlil adını verdilər.”


Zaur Ağayev ailə qurub, 3 uşaq atasıdır. Evi, yaxşı şəraiti olmadığına görə ailəsi onu tərk edib. Dediyinə görə, aldığı pensiyanı uşaqlarına verir. Özü isə valideyinlərin himayəsində yaşayır:

“Lənkəranda əlillər üçün 3 bina tikdilər, heç birindən mənə ev vermədilər.”

“Lənkəranda əlillər üçün 3 bina tikdilər, heç birindən mənə ev vermədilər. Sonra dedilər ki, 8 min ver, ev verək. Pulum da yox idi. Torpağımı da əlimdən alıblar. Gedirəm deyirəm amma nəticəsi olmur. Mənə deyirlər ki, kimə şikayət edirsən elə. Heç olmasa payıbəlli torpağımı mənə versinlər. Əkim, becərim bəlkə gündəlik qazancım oldu. Yaşamaq istəyirəm. Kiməsə yük olmaq istəmirəm. Valideyinlərim yaşlıdırlar. Onların da kənradan qazancları yoxdur.”

O yazdığı şikyətlərini və bu şikayətlərə aldığı cavab məktublarını qarşımıza düzür. Hardasa 30-dən çox quruma şikayət yazıb. Prezidentdən tutmuş kənd bələdiyyəsinə qədər şikayət məktubu yollayıb. Deyir ki, nəticə dəyişmir:

“Ölkəmdən yox, məmurlardan incimişəm.”

Mənim gözlərim ağrıyır. Ağ ciyərim sırdan çıxmaq üzrədir. Protez ayağımı yaddan çıxartmışam. Bu xəstəlikləri orduda xidmət edərkən tapmışam. Ayağı qaydasına qoymaq olar. Sanatoryalar var. Güclü müalicəyə ehtiyacım var, ancaq imkanım yoxdur. Orduya getməkdən peşman deyiləm. Ölkəmdən yox, məmurlardan incimişəm. Axı bu cür münasibət olmaz. Deyirlər dövlət tərəfindən hər şey pulsuzdur. Telvizorda deyirlər, amma pulsuz heç nə yoxdur. Əlimə keçən pullarımı şikayətə sərf edirəm. Bələdiyyədən torpağımı ala bilmirəm. Nə etməliyəm?”

Zaur Ağayevin sözlərinə görə, sonuncu dəfə 15-16 il bundan əvvəl müalicə alıb.O deyir ki,o vaxtları adamı eşidirilər.İndi heç kim heç kimin ərizəsini oxumur:

“1998-99-cu illərdə ayağıma müalicə eləmişəm. O da yüngülvari. Vətənə borcumu vermişəm. İndi pis vəziyyətdəym.”

Həribi əlilin anası Zərnişan oğlunun ağır həyat şəratindən danışarkən gözləri dolur. Deyir ki, inşa etdikləri evin 2 otağı və bir eyvanı hazıdır. Bir otaqda əlil oğlu, digər otaqda isə ailəsi ilə birlikdə kiçik oğlu yaşayır. Özləri isə eyvanda qalırlar. Ananın sözlərinə görə, ailələrində rəsmən heç kim işləmir. Yol kənarında qurduqları təndirdə çörək bişirib satmaqla dolanırlar.

“Həyat yoldaşı gördü ev yox, uşaqlarını götürüb getdi.”

“Uşağım xəstədir, onunla məşğulam. Müalicəyə göndərə bilmirəm . İş yoxdur. Kişi işləmir. Fəhləlik olanda gedir. Belə boş vaxtı evdədir. Neçə gündür evdədir. Mən də onu saxlaya bilmirəm. Pensiyanı verir uşaqlara. Mənim ümidmə qalıb. Mən haçan çörək satıram, orda nə qalır onun üçün xərcləyirəm. Evi yoxdur. Uşaqları küçədədir. Evi olsa yaxşı olar. Ona gərək bir nəfər baxsın. Həyat yoldaşı gördü ev yox, uşaqlarını götürüb getdi. Mən də qoca arvdam. Özümü güclə saxlyıram. O da xəstədir.”

Zaur Ağayevə verilmiş vəsiqənin üstündə belə yazılıb: Vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericilyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

Kənd rəsmilər isə deyir ki, Zaur Ağyevin payıbəlli torpağını heç kim mənimsəməyib. Ona məxsus torpaq kəndən kənrda yerləşdiyi üçün ora getməkdən imtina edir.

Geri dön