Ana Sayfa > Üçüncü sektor > Lerik icra başçısının müavini öz səlahiyyətlərini unudub-VİDEO

Lerik icra başçısının müavini öz səlahiyyətlərini unudub-VİDEO


11-06-2015, 10:52. Yazar: admin
Lerik icra başçısının müavini öz səlahiyyətlərini unudub-VİDEO
İcra başçısının Lerikdə , eləcə də , digər rayonlarda biznesinin olduğu bildirilir

BTV olaraq, bölgələrdə abadlıq və yenidənqurma işlərini işıqlandırmaq məqsədilə tez-tez səfərdə olan əməkdaşlarımız bu dəfə Lerik rayonuna üz tutub. Lakin əməkdaşlarımız çəkiliş aparmaq istəyən zaman etirazla üzləşib.
Lerik icra hakimiyyəti başçısının müavini və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova çəkilişə icazə verməyib. O , səbəb olaraq bildirib ki, BTV-nin “ Deputat və Seçici “ layihəsi çərçivəsində Lerikdə həyata keçirdiyi sorğu tənqidi xarakter daşıdığı üçün digər çəkilişlərə də icazə verilmir.
Arzu Vəliməmmədovanın çəkilişə törətdiyi maneəni birmənalı qarşılamaq olmaz. Xatırladaq ki , bir müddət öncə mətbuatda Lerikin İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun «Dostluq» parkında villasının sökülməsilə bağlı xəbər yayılmışdı. Arzu Vəliməmmədova həmin məsələni təkzib edərək , yayılan məlumatların yalan olduğunu bildirmişdi.
Təkzibdən sonra BTV-yə icra başçısı Rövşən Bağırovun gizli biznesi ilə bağlı maraqlı məlumatlar göndərilib. Həmin məlumatlarda icra başçısının Lerikdə , eləcə də , digər rayonlarda biznesinin olduğu bildirilir. Maraqlıdır , bu deyilənlərə Arzu Vəliməmmədova nə kimi təkzib verəcək ?


Geri dön