Ana Sayfa > Üçüncü sektor > Nərimanov DYPŞ sürücüləri "cəzalandırmaq" üçün maraqlı üsul tapıb

Nərimanov DYPŞ sürücüləri "cəzalandırmaq" üçün maraqlı üsul tapıb


10-06-2015, 04:52. Yazar: admin
Nərimanov DYPŞ sürücüləri "cəzalandırmaq" üçün maraqlı üsul tapıb
Etiraf etmək lazımdır ki, hazırda Dövlət Yol Polisi İdarəsinin (DYPİ) bir sıra şöbələrində xoşagəlməz hallar yaşanmaqdadır. Misal kimi, Tofiq Quliyevin rəisi olduğu Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsini (DYPŞ) göstərmək olar. Əldə etdiyimiz bilgilərə görə, Tofiq Quliyev bir sıra məsələləri məhz Nərimanov DYPŞ-nin Şamxal adlı əməkdaşının vasitəsi ilə reallaşdırır.

Beləliklə, adıçəkilən şöbənin fəaliyyətinə dair kifayət qədər informasiyaya sahib olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, Tofiq Quliyev tabeliyində olan əməkdaşları vəzifə borclarının icrası barədə təlimatlandırarkən durmadan "60 minlik əziyyətini" xatırladır: "Deyilənlərə görə, Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi tabeliyində olan əməkdaşlardan onun çəkdiyi əziyyəti unutdurmağı tələb edir. Sözsüz, bu da son nəticədə həmin yol polislərinin sürücülərə qarşı münasibətlərini formalaşdırır. Belə ki, Tofiq Quliyevin rəisi olduğu şöbənin işçiləri ölkəmizdə birinci Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi ərəfədə vətəndaşlarla olduqca kobud davranır, sürücülərlə normal rəftar etmir, müxtəlif bəhanələrlə onları incidirlər. Buna görə də son dövrlər Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının özbaşınalıqla məşğul olmasına dair şikayətlərin sayı artmağa başlayıb". Nərimanov DYPŞ-də sürücülərin pozduqları yol hərəkəti qaydalarına görə tətbiq olunan cərimələrin bir neçə dəfə şişirdildiyini qeyd edən məlumatlı şəxsin sözlərinə görə, Tofiq Quliyev adıçəkilən şöbənin rəisi təyin olunduğu vaxtdan bu və buna bənzər digər hallar intensivləşib: "Deyilənlərə görə, Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücülərə yazılmış cərimələrin gec ödənilməsi səbəbindən istənilən rəqəmi təqdim edirlər. Məsələn, bir müddət öncə sürücülərdən birinin avtomobili Nərimanov DYPŞ-nin işçiləri tərəfindən saxlanılıb və sonra da cərimə meydançasına aparılıb. Həmin sürücü cərimə meydançasından maşınını çıxarmaq istəyərkən, ondan 1000 manat pul tələb olunub. Səbəb kimi 3 ay bundan əvvəl yol hərəkəti qaydalarını pozduğunu və bunun müqabilində 300 manat cərimə olunduğunu deyiblər. Rəqəmin 1000 manata çatmasını isə gecikmə və üzərinə əlavə cərimənin gəlməsi ilə izah ediblər. Bu pulun yalnız 100 manatı avtomobilin cərimə meydançasına gətirilmə xərci olduğu vurğulanıb. Halbuki qanunvericilikdə cərimənin qısa müddətdə bir neçə dəfə artması halı yoxdur. Düzdür, cərimə vaxtında ödənilmədiyi təqdirdə, üzərinə əlavə peniyalar gəlir. Lakin həmin peniyaların miqdarı o qədər böyük deyil ki, 3 ay içində 300 manatlıq cərimə 1000 manata qədər yüksəlsin. Görünür, Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyi əlavə pul qazanmaq üçün yaxşı üsul tapıb".

Əldə etdiyimiz informasiyada həmçinin, o da qeyd olunur ki, Nərimanov DYPŞ-nin Şamxal adlı əməkdaşı Tofiq Quliyevin tapşırığına əsasən piyada keçidlərində piyadaya yol verməyən sürücüləri "cəzalandırmaq" üçün maraqlı üsul tapıb. Bu barədə redaksiyamızı bilgiləndirən mənbənin iddiasına görə, Nərimanov rayonu ərazisindəki piyada keçidlərinin əksəriyyətinin yanında daim bir nəfər dayanır: "Həmin şəxs elə mövqe seçir ki, guya yolun kənarında dayanıb kimisə gözləyir. Lakin avtomobillər yaxınlaşdıqda qəflətən ayağını piyada keçidinin üstünə ataraq sürücülərə və özünə təhlükə yaradır. Bir qədər irəlidə dayanan Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları isə dərhal həmin sürücülərdən bir neçəsini saxlayıb cərimə yazırlar ki, filan yerdə piyadaya yol verməmisən, 50 manat cəriməsi var. Aydın şəkildə görünür ki bu, qurama işdir və Tofiq Quliyevin tabeliyində olan yol polisləri bu üsuldan geniş istifadə edirlər". Bu arada, məlumatlı şəxs onu da bildirir ki, son günlər "Nərimanov" metrostansiyasının ətrafında "kabus" dolaşır. Bu səbəbdən də metronun ətrafında yaşayan sakinlər binalarının qarşısında maşın saxlaya bilmirlər: "Deyilənlərə görə, həmin ərazidə sürücülərin "kabusu" olan Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları polis adına yaraşmayan hərəkətləri ilə diqqəti çəkməklə yanaşı, saxladıqları avtomobillərin sahibləri ilə kobud davranışları ilə də yadda qalıb. Bu azmış kimi, yol kənarında, hətta binaların qarşısında saxlanılmış avtomobilləri də evakutorlara yükləyib aparırlar. İş o yerə çatıb ki, Tofiq Quliyevin əməkdaşları yolun bu üzündə dayanıb, digər üzündə dayanan avtomobilləri də fitlə saxlayırlər. Sürücüdən tələb edirlər ki, maşından düşüb, onların yanına gəlsin. Sonra da sənədlərə qeyd-şərtsiz cərimə yazırlar. Bu isə qanunlara ziddir. Görünür, Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları və bu şöbənin rəisi Tofiq Quliyev üçün hər şeydən öncə şəxsi maraqlarının təmin olunmasıdır…"

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri dön