Ana Sayfa > Üçüncü sektor > Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi
Milli mətbuat günü münasibətilə intellektual yarış keçirildi22-07-2023, 10:52. Yazar: admin |
![]() “Nar”, 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq ənənəvi olaraq təşkil olunan intellektual yarışmada bir araya gətirib. 20-dən çox media orqanını təmsil edən jurnalistlər 7 komandada biliklərini yarışdırıblar. Bu ilki yarışmada iştirakçılara 7 tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. Bununla yanaşı, komanda quruculuğu oyunları ilə media nümayəndələrinin bir-biri ilə daha yaxından tanışolma fürsəti olub. ![]() Qaliblərin seçimi zamanı həm intellekt yarışının xalları, həm də komanda quruculuğu oyununun nəticələri nəzərə alınıb. Nəticə etibarilə, yarışda qalibiyyəti “Ziya” komandası qazanıb, “Yeni Həyat” komandası 2-ci, “Molla Nəsrəddin” komandası isə 3-cü yerləri tutublar. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib. ![]() “Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://www.nar.az/projects/ . Vertikal.az Geri dön |