Ana Sayfa > Üçüncü sektor > “Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir

“Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir


15-04-2022, 19:54. Yazar: admin
“Nar” və “Breyn Rinq” tərəfdaşlığı davam edir
“Nar” 2022-ci ildə də ölkənin nüfuzlu bilik yarışı “Breyn Rinq”lə əməkdaşlığını davam etdirir. Artıq 19-cu mövsümə start vermiş intellekt müsabiqəsində Azərbaycanın 9 bölgəsini və 8 universitetini təmsil edən 20 komanda yarışır.

Vertikal.az xəbər verir ki, 19-cu mövsümdə komandalar 3 divizionda, Bakı, regional və tələbə divizionlarında mübarizə aparır. Bakı divizionunda 4, region və tələbə divizionlarının hər birində 8 komanda iştirak edir. Divizionların qalibləri və reytinq əsasında seçilən bir komanda mövsüm finalında görüşəcəklər. Hər cümə saat 22:00-da İctimai TV-də komandalar arasındakı kəskin bilik mübarizəsini izləmək mümkündür.

Qeyd edək ki, müsabiqəni efirdən izləyən “Breyn Rinq” tamaşaçıları da suallara cavab vermək və “Nar”dan hədiyyə qazanmaq imkanına sahidirlər. Bunun üçün efirdə səslənən xüsusi suala “Nar”ın “Twitter” səhifəsindən cavab vermək lazımdır.

Korporativ sosial məsuliyyət strategiyası çərçivəsində davamlı layihələri ilə seçilən mobil operator “Nar” uzun illər ərzində “Breyn Rinq” layihəsi ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq da “Nar”ın təhsilə və maariflənməyə dəstək KSM strategiyası çərçivəsində həyata keçirilir.

Vertikal.az
Geri dön