Ana Sayfa > Üçüncü sektor > Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət edən əsgərlərlə birgə qeyd etdi
Nar” Silahlı Qüvvələr Gününü işğaldan azad edilmiş ərazidə xidmət edən əsgərlərlə birgə qeyd etdi26-06-2021, 17:41. Yazar: admin |
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə “Nar” növbəti dəfə Azərbaycan Ordusuna dəstək olub. Belə ki, mobil operator Müdafiə Nazirliyinin dəstəyi ilə işğaldan azad edilmiş ərazidə yerləşən “N” saylı hərbi hissəyə səfər edib və qalib əsgərlərlə görüşüb. Bundan başqa, “Nar” əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün işğaldan azad edilmiş ərazilərdə yerləşən bir neçə hərbi hissəyə müxtəlif hədiyyələr və kitablar təqdim edib. Məqsəd Vətən keşiyində duran Müzəffər Ordumuzun əsgərlərinə olan hörməti bildirməkdir. Vətənə bağlılıq kimi vəzifələrə hər zaman həssas yanaşan mobil operator əsgərlərimizə mənəvi dəstək göstərməyi özünə borc bilir. Qeyd edək ki, “Nar” işğaldan azad edilmiş ərazilərdə öz baza stansiyalarını da quraşdırmaqdadır. Artıq Şuşa, Cəbrayıl, Hadrut qəsəbəsi də daxil olmaqla, Xocavənd keyfiyyətli və kəsintisiz şəbəkə ilə əhatə olunub. İşğaldan azad edilmiş ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi mobil operatorun əsas prioritetlərindən biridir. “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Vertikal.az Geri dön |