Ana Sayfa > Üçüncü sektor > “Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb

“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb


19-05-2021, 15:20. Yazar: admin
“Nar”ın regionlar üzrə 4G istifadəçilərinin sayı artıb
VERTIKAL.AZ: - Mobil operatorun bölgələrə xüsusi diqqət ayırması sayəsində 2021-ci ilin birinci rübü ərzində regionlar üzrə 4G istifadəçilərinin sayında 42% yüksəliş qeydə alınıb. Buna “Nar”ın regionlarda baza stansiyalarının sayını artırması, paytaxtla yanaşı, bölgələrdə satış və xidmət mərkəzlərini yeniləməsi, sərfəli tarif və paketlər, eyni zamanda “Nar+” tətbiqi vasitəsilə müştəri xidmətlərinin daha rahat və əlçatan olması təsir edib.
VERTIKAL.AZ xəbər verir ki, hər zaman müştərilərinin ehtiyaclarını qarşılamağı hədəfləyən mobil operator 2021-ci ilin ilk rübü ərzində regionlarda 30-a yaxın yeni baza stansiyası quraşdırıb. Paytaxtla yanaşı, regionlarda da şəbəkənin təkmilləşdirilməsi “Nar” abunəçilərinin kəsintisiz və sürətli internetdən istifadəsini daha da artırıb. Qeyd edək ki, “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Geri dön