Ana Sayfa > Üçüncü sektor > "Azərdad" MMC dövlətin qadağasını nədən nəzərə almır?

"Azərdad" MMC dövlətin qadağasını nədən nəzərə almır?


28-04-2015, 12:06. Yazar: admin
"Azərdad" MMC dövlətin qadağasını nədən nəzərə almır?
Ölkədə müxtəlif çeşiddə kolbasa və sosiska məhsulları istehsal olunur. Əksəriyyətinin fəaliyyətində ciddi nöqsanlar mövcuddur. Kolbasa və sosiska istehsal edən şirkətlərin çoxu qaydalara düzgün əməl etmirlər. Hazırlanma qaydalarında resepturaya düzgün əməl olunmur. Belə şirkətlərdən biri də "Azərdad" MMC şirkətidir. Sözügedən şirkətin istehsal etdiyi kolbasa və sosiska məhsulları standartlara cavab vermir. Şirkət qanun pozuntularına yol verir, sanitar-gigiyenik qaydalara əməl olunmur.

Xammalın saxlama yeri, istehsal sahəsi, hazır məhsulların saxlanma yerləri heç bir sanitariya normalarına cavab vermir. Məhsulların markalanması da tələblərə cavab vermir. Həm də məhsullara yararlılıq müddəti bitmiş duz və sair materiallar qatırlar. Yalançı halal standartı adı altında məhsullar istehsal edirlər. Halbuki, həmin məhsullar halal standartının heç bir tələblərinə uyğun olmayaraq hazırlanır. Aşkar olunmuş bu və digər nöqsanlara görə kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilir.

Bir sözlə, "Yeyinti məhsulları haqqında" Qanunun tələblərini kobud şəkildə pozur. Bu isə birbaşa istehlakçıların hüquqlarının pozulması deməkdir.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən MMC-nin fəaliyyəti ciddi şəkildə araşdırılıb.

Beləliklə, komitənin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin monitorinqi zamanı "Azərdad" MMC-nin sanitar vəziyyətinin qeyri-qənaətbəxş olması, həmçinin istehsal olunan məhsulların mövcud resepturaya əməl olunmadan hazırlandığı müəyyənləşdirilib. Sözügedən MMC-nin kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən istifadə etdiyini qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, məhsulların markalanması da normativ sənədlərin tələbinə cavab vermir: "Bundan başqa, "Azərdad" MMC-nin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır. Düzdür, bu şirkət bazarın müvafiq seqmentində ad qazansa da, keyfiyyət parametrlərinə diqqət yetirməkdə maraqlı görünmür. Belə ki, kolbasa və delikoteslərin hazırlanmasında istifadə edilən xammalın təhlükəsizlik sertifikatı yoxdur. Ətin, inqridiyentlərin keyfiyyəti, hansı ölkədən idxal edildikləri məlum deyil.

Bunun qarşısını almaq lazımdır. Dövlət tərəfindən nəzarət mütləq gücləndirilməlidir. İylənən xammaldan məhsul hazırlanır, sonra isə hazır məhsulun hamısını üst-üstə yığırlar. Belə şəraitdə məhsul saxlamaq olmaz. Kolbasa və sosiskalar paylanan maşınlarda mütləq soyuducu olmalıdır. Proseslər bu standartlara uyğun davam etməlidir. Yoxsa, hərə özü üçün bir sex açıb, işlədir. Belə olmaz. Biz kiminsə çörək qazanmasına bir söz demirik, müdaxilə etmirik. Sadəcə, hər bir şey dövlət standartlarına uyğun olmalıdır.

Bundan başqa, müəssisədə istehsal olunan ət məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların uyğunluq sertifikatının olmadığı da müəyyənləşib.

Firmanın istehsal etdiyi süd və ət məhsulları xeyli insanın sağlamlığına ciddi zərbə vura bilər. Ümid edirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, habelə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmiləri adıçəkilən firmada cərəyan edən qanun pozuntularının qarşısını alacaqlar.

Geri dön