Ana Sayfa > Üçüncü sektor > “Aristokrat”, “Elit” və “Centlmen” adlı masaj salonları əsil pritondu
“Aristokrat”, “Elit” və “Centlmen” adlı masaj salonları əsil pritondu18-04-2015, 10:27. Yazar: admin |
Ödənişli seks faliyyəti, qədim peşə adlandırılan fahişəlik kimi sosial təzahürlər bu gün artıq Azərbaycan cəmiyyətinin də bəlasına çevrilmişdir. Rəsmi statistika da son illər Azərbaycanda cinsi əlaqə yolu ilə qorxulu xəstəliklərə yoluxma hallarının xeyli artdığını təsdiq edir. QİÇS, müxtəlif hepatitlər, sifilis və sairə bu kimi ölüm saçan viruslar da bu xəstəliklərdəndir. Cinsi əlaqədən keçən sifilis, süzənək kimi zöhrəvi xəstəliklərin artma səbəblərindənən əsası da məhz fahişəliyin genişlənməsiylə əlaqəlidir. Qəzetimizin səhifələrində biz dəfələrlə bu mövzuya müraciət edərək fəaliyyətinə dair dəqiq məlumatlar əldə etdiyimiz əxlaqsızlıq yuvalarına həm ictimaiyyətin, həm də hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyə çalışmışıq. Təəssüflər olsun ki, həm ictimaiyyətin və həm də müvafiq dövlət qurumlarının bütün səylərinə baxmayaraq, cəmiyyətimiz hələ də gizli pritonların fəaliyyəti ilə bağlı problemin effektiv həlli yollarını tapmaqda çətinlik çəkir. Əslində müxtəlif iaşə obyektləri, sağlamlıq və istirahət kompleksləri, əyləncə mərkəzləri adı altında pərdələnən bu obyektlərin fəaliyyəti hamının və hər kəsin gözü qarşısında baş verir. Hətta hüquq-mühafizə orqanlarının xüsusilə əxlaqsızlıq yuvalarının aşkar edilməsi, fəaliyyətlərinin dayandırılması və bu işi təşkil edənlərin cəzalandırılması istiqamətində həyata keçirdikləri qəti tədbirlər belə bu qorxunc ictimai bəlanın qarşısını tam ala bilmir. Bakının mərkəzində Yasamal rayonu ərazisində (Mərkəzi Univermağın yaxınlığında) fəaliyyət göstərən “Aristokrat”, “Elit” və “Centlmen” adlanan massaj salonları da bu tip “müəssisələrdən”dir. Qeyd edək ki, bu salonların hər üçünü Zümrüd adlı bir qadın idarə edir. “Massaj” üçün hər müştəridən 40 manat haqq alınır. Amma bu pulun yalnız yarısı intim xidmət göstərən qızlara verilir. Başa düşmək olmur ki, hansı səbəblər ünvanı dəqiq məlum olan, fəaliyyət növü isə heç bir şübhə doğurmayan bu əxlaqsızlıq yuvasının bir dəfəlik bağlanması üçün qəti tədbirlərin görülməsinə mane ola bilər. İstər-istəməz Yasamal RPİ-nin ərazisində yerləşən bu pritona hüquq-mühafizə orqanlarında kimlərinsə havadarlıq etməsinə dair şübhələr yaranır. İnanmaq olmur ki, bu pritonların dəqiq yerləşmələri və fəaliyyət spesifikaları barədə aidiyyatı olan qurumlarda tam məlumat yoxdur. Əlbəttə ki, bunlara inanmaq qətiyyən mümkün deyil. Çünki bu gün istənilən inzibati ərazi vahidinin hüdudları daxilində hər hansı qeyri-qanuni fəaliyyət növü ilə məşğul olmaq və eyni zamanda bu fəaliyyəti həmin ərazinin hüquq-mühafizə orqanlarından gizlin saxlaya bilmək prinsip etibarı ilə mümkün deyil. İstər əxlaqsızlıq yuvası olsun, istər narkopriton, istərsə də qumarxana - əgər belə bir “obyekt” davamlı fəaliyyət göstərirsə deməli, istənilən halda əraziyə nəzarət edən hər hansı polis orqanının bu işdən xəbəri var və çox güman ki, bu fəaliyyət üçün həmin orqanın rəhbərliyindən qeyri-rəsmi icazə də alınıb. Buna görə də tədbirli “biznes-ledi” özünü bu tərəfdən kifayət qədər sığortalanmış hesab edir. Böyük ehtimalla əraziyə nəzarət edən müvafiq hüquq-mühafizə orqanları ilə “dil tapa” bilmiş Zümrüd xanım, qəfil yoxlama və reydlərdən də qətiyyən ehtiyat etmir. Mənbələr bildirirlər ki, priton sahibəsi hətta öz obyektlərinə yeni müştərilər cəlb etmək məqsədilə son vaxtlar ətrafda yaşayan gənclər arasında “reklam” kampaniyaları aparmaqdan belə çəkinmir. Bu məqsədlərlə isə yaxınlıqda yerləşən kafe və çayxanalarda, gənclərin asudə vaxtlarını keçirdikləri məkanlarda məxsusi olaraq göndərilmiş şəxslər tərəfindən “Aristokrat”, “Elit” və “Centlmen” massaj salonlarının təbliğatı aparılır... Geri dön |