Ana Sayfa > Üçüncü sektor / Manşet > Xətai icra başçısı postuna iddia edir...

Xətai icra başçısı postuna iddia edir...


27-02-2019, 12:18. Yazar: admin
Xətai icra başçısı postuna iddia edir...
Elmar Vəliyevin Gəncədə sui-qəsdə uğramasından sonra onun boşalan kreslosuna göz dikənlərdən biri də İmişlinin icra başçısı Vilyam Hacıyev olub. Bu barədə Vertikal.Az-a məlumat verən mənbə bildirib ki, Vilyam Hacıyev hazırda çətin vəziyyətdədir. Ona Gəncə şəhər İcra Hakimiyyətinin başçısının kreslosu söz verilsə də, birdən birə prezidentin bu vəzifəyə Mingəçevirin başçısı Niyazi Bayramovu görəvləndirməsi Vilyam Hacıyevin bütün planlarını pozub.

Məlumatı verən mənbə iddia edir ki, ona söz verildiyi üçün Vilyam Hacıyev bütün rayon səviyyəsində "yığım" həyata keçirib. Eyni zamanda İmişlinin icra başçısının borca girdiyi də qeyd olunur. Niyazi Bayramovun təyinatından sonra isə hamisi ilə görüşən Vilyam Hacıyev İmişlidə böyük problemlə üz-üzə qaldığını dilə gətirib. Qaynağımız bildirir ki, ona söz verilib və narahat olmaq üçün əsas olmadığı qeyd olunub.

Mənbənin Vertikal.Az-a dedikləri: "Vilyam Hacıyevin son ümid yeri Xətaiyə başçı getməkdir. Ona bu söz verilsə də, artıq kadr islahatında hamisinin elə də ciddi rol oynaya bilməməsi Vilyam Hacıyevin qorxusunu artırmaqdaıdr. Vilyam Hacıyevin indi vəziyyəti doğurdan tükdən asılıdır. İmişlidə ondan narazılıq hər gün artmaqdır. Bundan yuxarıların da məlumatı var. Ona görə də Vilyam Hacıyev təcili başqa bir yerə təyinat almaq istəyir".

Qeyd edək ki, Vilyam Hacıyev 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışıb. 14 aprel 2012-ci il tarixldən İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Geri dön