Ana Sayfa > Üçüncü sektor > Bələdiyyə sədri icra başçısına necə “atıb”: Siyanfər Əliyevin daha bir əməliyyatı

Bələdiyyə sədri icra başçısına necə “atıb”: Siyanfər Əliyevin daha bir əməliyyatı


17-10-2016, 07:58. Yazar: admin
Bələdiyyə sədri icra başçısına necə “atıb”: Siyanfər Əliyevin daha bir əməliyyatı
Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevlə bağlı cumhuriyyet.az-a olduqca maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan informasiyaya görə, bələdiyyə sədri məcburi köçkün ryonlarından birinin icra başçısına başına sözün həqiqi mənasında oyun gətirib.
Belə ki, Masazırda zəngilanlı məcburi köçkünlər üçün inşa edilən binanın yaxınlığında icra başçısına məxsus torpağa əl qoyan S.Əliyev, bunun müqabilində icra başçısına başqa yerdən eyni miqdarda torpaq sahəsi verib. Sahibi olduğu torpağın digər torpaq sahəsi ilə dəyişdirilməsi icra başçısının ürəyincə olmasa da, bu barədə bələdiyyə sədrinə heç bir irad bildirməyib. Lakin bir müddət keçəndən sonra məlum olub ki, S.Əliyev Masazırdakı bəzi Qarabağ müharibəsi veteranlarının torpaq problemini icra başçısına məxsus torpaqlar hesabına həll edib. S.Əliyev torpaqla təmin olunmaq istəyi ilə Masazır bələdiyyəsinə müraciət edən müharibə veteranlarına icra başçısına məxsus ərazini göstərib və bildirib ki, onların hər biri bu ərazidən özünə 3-4 sot torpaq götürə bilər. S.Əliyev bildirib ki, o, bu torpaqları vətənin müdafiəsində yaxından iştirak edən şəxsərə “halal edir”.
Mənbənin sözlərinə görə, icra başçısının xəbəri olmadan ona məxsus torpaqların bir hissəsini müharibə veteranları arasında bölən S.Əliyev, bu barədə icra başçısına hər hansı məlumat vermir. Yalnız bir müddətdən sonra əraziyə gələn icra başçısına məlum olub ki, artıq ona verilən torpağın bir hissəsi müharibə veteranlarına məxsusdur.
Bilgili qaynağın cumhuriyyet.az-a ötürdüyü məlumata görə, S.Əliyevin özbaşınalığındna xəbər tutan icra başçısı məsələ ilə bağlı bələdiyyə sədrinə öz iradını bildirsə də, sahibi olduğu torpaqların bir hissəsini müharibə veteranlarına güzəştə gedib. Habelə, icra başçısını bələdiyyə sədrinə bir də hamam suyu ilə dost tutmamağı, müharibə veteranlarına olan hörmət və ehtiramı başqasının haqqına girməklə ortaya qoymamağı tövsiyyə edib.
Mövzunu diqqətdə saxlayacayıq.

Növbəti yazımızda oxuyacaqsınız:
Masazır bələdiyyəsindəki maxinasiyaların sənədlərlə təsdiqi;
Bələdiyyə sədrininin prokuror, polis və digərlərinə torpaq hədiyyələri;
Bələdiyyə binasındakı SÖHBƏTin təfərrüatları;
Sabiq MTN generalının bacısıoğlu ilə hələ də davam edən iş birliyi;
Müdir maşınında işə gələn katibə…

Geri dön