Ana Sayfa > Üçüncü sektor > Azərbaycan Rusiyaya nisbətən böhrandan daha rahat çıxacaq

Azərbaycan Rusiyaya nisbətən böhrandan daha rahat çıxacaq


22-01-2016, 10:03. Yazar: admin
Azərbaycan Rusiyaya nisbətən böhrandan daha rahat çıxacaq
Azərbaycan iqtisadi böhranı Rusiya ilə müqayisədə daha rahat başa vuracaq. ANS PRESS-in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) açıqlama verib.

Fond rəsmiləri 2016-cı ildə qlobal iqtisadi artımın 3,4 faiz olacağını deyib. Bu, əvvəlki 3,6 faizlik proqnozdan daha aşağı göstəricidir.

Ekspertlər bunu dünyada baş verən iqtisadi proseslər fonunda Çinin ticarət dövriyyəsinin aşağı düşməsi ilə əlaqələndiriblər. Bu, eyni zamanda, xammal bazarına və Amerikada iqtisadi artımın zəifləməsinə səbəb olacaq.

Beynəlxalq Valyuta Fondu - Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur.

Geri dön