Ana Sayfa > Üçüncü sektor > Daş karxanasından Prezident Aparatına baş məsləhətçi
Daş karxanasından Prezident Aparatına baş məsləhətçi8-01-2016, 09:25. Yazar: admin |
İcra başçılarının çoxunun tərcümeyi-halına nəzər salanda adamı soyuq tər basır. 60-70 minlik, bəzən 100-150 minlik rayona rəhbər təyin olunan şəxslərin nə vaxtsa hansısa kənddə, yolqırağında kafe midiri, kooptorqda müdir müavini, daş-çınqıl karxanasında rəis, yaxud “zavqar” işləmələri biabırçılıqdan başqa bir şey deyil. Axı, hansısa kənddə yol qırağındakı kafe nədir ki, orda müdir müavini, yaxud müdir vəzifəsi ola..? Ona görə də icra başçısı təyin olunan şəxs rayona da “ yol qırağı” kimi baxır, rayonu karxana kimi işlədir. Mənim üçün maraqlıdır ki, icra başçısı təyin olunan şəxsin sənədləri, “delo”su ölkə başçısına çatana kimi mühüm instansiyalardan keçir. Necə olur ki, belə təsadüfi adamlar prezidentin etimadını qazana bilir, mühüm vəzifələrə təyin olunurlar və sonda öz əməlləri ilə ölkə başçısının da imicinə kölgə salırlar. Yaxşı yadımdadır, mərhum prezident Heydər Əliyevin səhhətində problem olduğu vaxt icra başçılarından biri iclasda “Mən ürəyimi cənab Heydər Əliyevə verməyə hazıram” təklifini verəndə ölkə başçısı bunu pis qarşıladı və “Mənə heç kimin ürəyi lazım deyil” cavabını verdi. Bu olaydan bir-iki həftə sonra məlum oldu ki, müvafiq dövlət qurumları həmin icra başçısının fəaliyyətini yoxlayırmış və külli miqdarda yeyinti var imiş. Bir müddət sonra həmin icra başçısı 7 il müddətinə həbs olundu. Sözümün canı odur ki, icra başçısı kimi mühüm vəzifəyə normal, savadlı, təcrübəli şəxsləri seçib təyin etmək lazımdır ki, nə vətəndaşlarımız əziyyət çəksin, nə də dövlətimizin imicinə zərbə dəysin. Son bir neçə ayda “MTN işi” ilə bağlı baş verən rüsvayçılıq da kadr siyasətindəki ciddi pozuntunun nəticəsidr. Bunu açıq etiraf etmək lazımdır. Söhbət “MTN işi”ndən, ümumiyyətlə, kadr məsələsindən düşmüşkən, Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun tərcümeyi halı da bu köntektdə yaxşı “nümunə” ola bilər..? Daş karxanasında çalışan bu şəxs birdən birə Prezident Adminstrasiyasına necə tullandı..? Özü də PA-da baş məsləhətçi… Doğrudanmı, PA-ı kadrları daş-çınqıl karxanasında axtarır..? NUH.AZ bu suallara cavab axtarmağa çalışıb… Digər tərəfdən, layiq olmayan şəxsləri mühüm vəzifəyə təyin edəndən sonra həmin şəxslərdə “böyük iştah” yaranır və daha böyük vəzifələrə təyin olunmaq üçün hər yola əl atırlar. Daş karxanasından PA-a, oradan isə Yardımlıya icra başçısı təyin olunan Sevindik Hətəmov artıq kənd rayonuna sığmadığını düşünərək paytaxtın rayonlarından birinə icra başçısı təyin olunmaq istəyir. Bunun üçün keçmiş MTN şefi Eldar Mahmudovun ən yaxın adamı olan, Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Akif Hacıyevlə məsləhətləşərək “şef”lə görüşüblər. Eldar Mamudov isə Hətəmovun Binəqədi rayonuna icra başçısı təyin olanacağına söz verib. Ancaq bildirib ki, icra başçısının birinci müavini Akif Hacıyev olmalıdır. Görüşdə başqa məsələlər də müzakirə olunub. Ancaq fələyin gərdişi bu planı yarımçıq qoyub. Sözün qısası, yararsız kadr siyasəti sonda çirkin qrup oyunlarına, intriqalara yol açır ki, bu da dövlətçiliyimizə ziyan vurur. Əlbəttə, bizim bu yazıda qeyd etdiklərimiz icra başçılarının hamısına olmasa da çoxuna aiddir. NUH.az Geri dön |