Ana Sayfa > Üçüncü sektor > Ziya Məmmədov Sevindik Hətəmovu bağışlayacaqmı?
Ziya Məmmədov Sevindik Hətəmovu bağışlayacaqmı?6-01-2016, 09:32. Yazar: admin |
MTN işi” ilə bağlı vəziyyəti hədsiz dərəcədə çətinləşən Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov üçün durum getdikcə dalana dirənir. Bizimxeber.az-a daxil olan məlumata görə, icra başçısı Eldar Mahmudovun nazir kimi fəaliyyətinin son aylarında ona yaxınlaşmaq cəhdinin bədəlini ödəməli olub. Həmin zamana qədər nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi tanınan icra başçısı nəqliyyat nazirinin vurulacağına əmin olduğundan özünə yeni dayaq tapmaq qərarı ilə özünü çıxılmaz vəziyyətə salıb. Belə ki, Eldar Mahmudovla vasitəçilərin yardımı ilə yaxınlaşan Sevindik Hətəmov bununla bir neçə ay sonra onu gözləyən böyük təhlükənin əsasını qoyub. Hadisələrin gedişinin qəfil dəyişməsi ilə dəstəksiz qalan Sevindik Hətəmov Ziya Məmmədovun tədricən möhkəmləndiyini görərək səhvini düzəltmək üçün çarə axtarır. Ziya Məmmədovla yenidən yaxınlaşmaq və qismən də olsa itirilmış mövqeyini möhkəmləndirmək üçün cəhdlərini davam etdirir. Amma bunun olduqca çətin olacağı bəllidir. Belə ki, artıq Sevindik Hətəmovla bağlı qərarın verilməsi an məsələsidir. Ziya Məmmədov ondan üz çevirən və daha sonra yenidən qayıtmaq istəyən Sevindik Hətəmovu qəbul etməyəcək. 2016-cı ilin ilk aylarinda bir neçə icra başçısının yerinin dəyişdirilməsi və ya umumiyyətlə vəzifədən uzaqlaşdırılmasını nəzərə alsaq, Sevindik Hətəmovun da oz postunu itirməsi daha realdir. İndiki halda Sevindik Hətəmov əlindəki biznes strukturlarını qorumağa çalışır. Onun vəzifəsini itirməsi biznesindən də tamamilə əl çəkməsi demək olacaq. Buna görə də vəzifəsini itirsə belə, biznesini qorumağa çalışan icra başçısı ilk növbədə “Güzdək” daş karxanasını itirmək istəmir. Bu daş karxanası icra başçısının əsas gəlir mənbəyidir və Sevindik Hətəmovun mövqelərini sarsıldığını hiss edən “rəqibləri” artıq bu obyektə sahiblənmək üçün çalışmalara başlayıb. İndi icra başçısı öz mövqelərini möhkəmlətməklə yanaşı biznes strukturlarını itirilməməsi üçün də çalışmalıdır. Məlumatlara görə, rayonda onu icra başçısı vəzifəsində əvəz edəcək şəxs kimi daha çox birinci müavini Mahir Mirzəyevin adı hallandırılır. Mahir Mirzəyev rayonda böyük dəstəyə malikdir və bu, Sevindik Hətəmovu gözlənilən təhlükələrdən sığortalamaq üçün müəyyən qədər əhəmiyyətə malikdir. Belə ki. icra başçısı birinci müavininin onu əvəzləyəcəyi təqdirdə qanunsuz əməllərinin ört-basdr edilməsinin mümkünlüyünü düşünür və buna görə də ona dəstək verir. Ancaq Sevindik Hətəmov barədə qərar veriləcəyi təqdirdə onun birinci müavini də məsuliyyətdən kənarda qalmayacaq. Sevindik Hətəmovun hara və ya hansi vəzifəyə təyin olunacaqğı barədə yaxin günlərdə… Geri dön |