Ana Sayfa > Üçüncü sektor > “Bu sənəd anti-Azərbaycan aktıdır” - Bəyanat
“Bu sənəd anti-Azərbaycan aktıdır” - Bəyanat24-12-2015, 09:49. Yazar: admin |
ABŞ-ın Helsinki Komissiyasının qəbul etdiyi sənəd anti-Azərbaycan aktıdır. Axar.az xəbər verir ki, bu barədə “Vaad L Hatzolas - Amerika Yəhudiləri Təşkilatı”nın rəhbəri Rav Şmuel Simantovun bəyanatında deyilir. Təşkilat rəhbəri hesab edir ki, sözügedən sənəd heç bir reallığa əsaslanmır. Onun fikrincə, sənəddəki müddəaların ABŞ Konqresində qəbul olunması yolverilməzdir: “Azərbaycan dünyanın ən demokratik‚ hüquqi‚ tolerant və multikultural ölkələrindən biridir. Bu ölkədə yəhudilərlə bərabər kompakt yaşayan digər xalqlara və müxtəlif dinlərin nümayəndələrinə hər zaman ehtiram göstərilib. Helsinki Komissiyasının tərtib edərək ABŞ Konqresinə təqdim etdiyi sənəd reallığı əks etdirmir və son dərəcə qərəzlidir”. Simantov bəyanatında bildirib ki, ABŞ hökumətinin belə qeyri-obyektiv ittihamlardan ibarət sənədi qəbul etməyəcəyinə inanır: “Amerika Yəhudi Təşkilatı olaraq Azərbaycan dövlətinin mövqeyini dəstəkləyir və bu məsələdə Azərbaycanla həmrəyliyimizi‚ daim dost-qardaş Azərbaycan xalqının yanında olduğumuzu bəyan edirik”. Geri dön |