Ana Sayfa > Üçüncü sektor > Nardaranlı Natiq Kərimov keçmiş MTN generalının "krışalığı" ilə Bakı aeroportunda restoran biznesi qurubmuş

Nardaranlı Natiq Kərimov keçmiş MTN generalının "krışalığı" ilə Bakı aeroportunda restoran biznesi qurubmuş


7-12-2015, 10:35. Yazar: admin
Nardaranlı Natiq Kərimov keçmiş MTN generalının "krışalığı" ilə Bakı aeroportunda restoran biznesi qurubmuş
Nardaran olayları zamanı xüsusu "canfəşanlıq" göstərməsi ilə diqqət çəkən, özünü kəndin ağsaqqallı kimi təqdim edən Məşədi Natiq Kərimovun MTN-in həbsdə olan keçmiş yüksək rütbəli zabitləri ilə daha bir əlaqəsi üzə çıxıb.

Avropa.info-nun əldə etdiyi məlumata görə, bir nardaranlı olaraq sıxıntılar çəkdiyini dəfələrlə açıqlamalarında qeyd edən Natiq Kərimov heç də göründüyü kimi deyilmiş.

Əldə etdiyimiz məlumata görə, Natiq Kərimovun Bakı aeroportunun cənub terminalında, ikinci mərtəbədə "Bakı" adlı böyük bir kafesi varmış. Məlumatlara görə, uzun müddətdir ki, bu kafeyə sahiblik edən Məşədi Natiq Kərimov bunun üçün AZAL-a bir qəpik də icarə haqqı vermirmiş. Ona MTN-in hazırda həbsdə olan generallarından birinin "krışalıq" etdiyi gələn məlumatlar sırasındadır.

Qeyd edək ki, bu gün Avropa.info-nun elektron poçtuna Natiq Kərimovun keçmiş MTN-çilərlə əlaqələri haqda sensasion məktub daxil olmuşdu. Həmin məktubda deyilir:

"Son vaxtlar Nardaran qəsəbəsində keçirilən əməliyyatlar zamanı aparılan müşahidələr onu göstərir ki, jurnalistlərə açıqlama verməyə can atan, ortalıqda olan, fəallıq göstərən şəxs yalnız özünü kəndin ağsaqqalı kimi təqdim edən Məşədi Natiq Kərimovdur. O mütəmadi jurnalistlərə açıqlama verir, özünü qəsəbədə guya sözü keçən şəxs kimi təqdim edir, bəzi hallarda daha da irəli gedərək hökumət üzvləri ilə “danışıqlara” gedə biləcəyinə dair absurd fikirlər səsləndirir.

Natiq Kərimovun xüsusi “fəallığı”, “canfəşanlıq” göstərməsi hüquq-mühafizə orqanlarının da diqqətini cəlb etmiş, onun haqqında araşdırma aparılarkən sensasiya doğuracaq ciddi faktlar aşkar edilmişdir.

Müəyyən edilmişdir ki, onun bu “canfəşanlığı” heç də səbəbsiz deyil. Məlumatlara görə Natiq Kərimov uzun illərdir ki, MTN-nin hal-hazırda həbs olunmuş yüksək rütbəli əməkdaşlarından birinin iradəsinin təsiri altında olmuş, onun diqtəsi ilə hərəkət etmişdir. Kənddəki ümumi vəziyyət, ərazidə gündəlik baş verənlərlə bağlı həmin şəxsi mütəmadi məlumatlandırmışdır. “Xidmətlərinin” əvəzində isə həmin yüksək rütbəli şəxsin vasitəsilə kənd ərazisindəki cinayətkar şəxslərin, narkotikə meylli sakinlərin azadlıqda qalmasına, məsuliyyətdən yayınmasına nail olmuşdur.

İndi isə “xidmət” etdiyi şəxs həbs olunduğundan Natiq Kərimov çıxılmaz vəziyyətdə qalmışdır, ona görə də jurnalistlərə müsahibəsində tez-tez günahı olan şəxslərin, xüsusilə də silah saxlayan sakinlərin qanuna tabe olmalarının vacib olduğunu bildirir, günahları varsa cəza çəkməli olduqlarına dair qeyri səmimi fikirlər səsləndirir.

Məşədi Natiq Kərimov əldə olunmuş faktlarla bağlı artıq 4 dekabr 2015-ci il tarixində çağırılaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilmişdir.

Məsələylə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri dön