Ana Sayfa > Üçüncü sektor > Bakı ilə Avropa İttifaqı arasındakı soyuqluğun səbəbi...
Bakı ilə Avropa İttifaqı arasındakı soyuqluğun səbəbi...3-12-2015, 10:26. Yazar: admin |
- Avropa Parlamentinin son qətnaməsindən sona Azərbaycanla Avropa İttifaqı arasında münasibətlə kəskin dəyişib. Ümumiyyətlə, bundan sonra münasibətlər necə inkişaf edəcək? Siz müsahibələrinizdə Azərbaycana mandat verilməsini qeyt etmişdiniz. Bu mandat nə deməkdir? Vertikal.az xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərin ona ünvanladığı bu sualı belə cavablandırıb: - Mandat o deməkdir ki, biz artıq onlara yeni saziş layihəsini təqdim edirik. Saziş Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlığın qurulmasına hesablanıb. Danışıqlara başlamaq üçün Avtopa İttifaqı və xarici işlər qurumu buna mandat verməlidir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, mandat verilsin və danışıqlar başlasın. Lakin Avtopa İttifaqı əvvəlcə bir-iki görüş keçirməyi, ümumi müzakirələr aparılmasını istəyir. Hesab edirəm ki, biz bu məsələdə həssas olmalıyıq. Münasibətlərdə soyuqluq var. Söhbət yalnız Avropa Parlamentinin məlum qətnaməsindən getmir. Düzdür, bu qətnamədə xeyli sayda yanlış, təhrif olunan məlumatlar yer alıb. Lakin münasibətlərin soyumasının əsas səbəbi bundan ibarətdir ki, indiyə qədər Dağlıq Qarabağ məsələsində onlardan vahid mövqe almamışıq. Riqa sammitdə Avropa İttifaqı, Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı bəyan edildi. Bu, Azərbaycan daxil olmaqla bütün proqram iştirakçılarına aid olunur. Lakin eyni zamanda Dağlıq Qarabağ konfliktinin necə həll olunması Riqa Sammitinin yeni sənədində öz əksini tapmayıb. Avtopa İttifaqı Moldova, Gürcüstan, indi isə Ukraynadakı münaqişələrlə bağlı həm bəyanat verir, bildirir ki, konfliktlər ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Azərbaycana gəldikdə isə Avropa İttifaqı hesab edir ki, danışıqlar Minsk qrupu tərəfindən aparılmalıdır. Onlar hansı qərara gəlsələr, Avropa İttifaqı da bu qərarı dəstəkləyəcək. Lakin Avropa İttifaqı bu məsələdə konkret mövqe ortaya qoymur. Niyə Ukrayna, Moldova, Gürcüstan münaqişələrində konkret prinsiplər, çərçivələr ortaya qoyulur, lakin Azərbaycanla bağlı bu mövqe yoxdur? Eyni zamanda Avropa İttifaqı Azərbaycanın terrorizmlə mübarizədə, enerji təhlükəsizliyində, multikulturalizm planında vacib tərəfdaş olduğunu bildirir. Bu isə Aİ və Azərbaycan münasibətlərində soyuqluq yaradır. Hesab edirəm ki, bu vəziyyətdən çıxmaq lazımdır. Lakin biz öz mövqeyimizdə durmalıyıq. Çalışmaq lazımdır ki, danışıqlar baş tutsa, bizim mövqeyimiz strateji sənəddə əks olunsun. Qarabağ məsələsində biz tələb edəcəyik ki, Avropa İttifaqı bizə uyğun mövqe tutsunlar. Geri dön |