Ana Sayfa > Üçüncü sektor > "Əli Abbasov dedi ki, “qara maskalı”lar ofisin qabağındadır”
"Əli Abbasov dedi ki, “qara maskalı”lar ofisin qabağındadır”30-11-2015, 10:20. Yazar: admin |
“Delta Telekom”un baş direktoru Ramazan Vəliyev ANS TV-yə müsahibə verib. Vertikal.az toxunulan məsələlərin aktuallığını və bir çox vacib məqamlara aydınlıq gətirildiyini nəzərə alaraq Mirşahin Ağayevin götürdüyü həmin müsahibəni oxucularına təqdim edir: - Ramazan müəllim, indi hər şeyi öz adı ilə çağıraq. Artıq mənə məlumdur ki, tüstüləmə məhz Milli Təhlükəsizlik Nazirliyinin qoyduğu serverdən başlıyıb. - Yanvar ayından bu hadisələr başlayanadan biz aparılan müzakirələrdə müəyyən etdik ki, axırıncı qoyulan “Alov” şirkətinin avadanlıqları I Avropa Oyunlarının təhlükəsizliyini qorumaq üçündür. Biz dəfələrlə məsələ qaldırdıq ki, bu avadanlığın özü artıq təhlükə mənbəyinə çevrilir. Çünki bizdə hər şey tam rezevlidir, hər şey normal çalışır. Lakin avadanlığın tək qoyulması çox böyük bir risk yaradır. Hazırda məlum hadisələrlə əlaqədar içəridə olan bu monitorinq idarəsinin rəhbərliyi ilə biz dəfələrlə bunu müzakirə etdik. Və bu tələbin ardınca həmin dövrdə milli təhlükəsizlik naziri vəzifəsini icra edən Eldar Mahmudov şəxsən özü mənə bildirdi ki, avadanlıq quraşdırılmalıdır. Biz bilirik ki, Avropa oyunlarında müxtəlif terror hadisələri gözlənilir və mən cənab prezidentə məruzə etmişəm, avadanlığın quraşdırlması üçün şərait yaratmağa borclusuz və hətta orada olan 1 milyon 700 min ABŞ dolları dəyərində olan əlavə avadanlıqlar operatorlar tərəfindən alınacaq. Bunların hamısı sizin tərəfinizdən təmin olunmalıdır və bu cənab prezidentin göstərişidir. Bunu da mən yenə bizə lisenziya verən təşkilata məruzə etdim ki, vəziyyət bu yerdədir. Yəni artıq cənab prezidentin adı ilə bizə göstəriş gəlir ki, bu qoyulmalıdır. Bizim çıxış yolumuz yoxdur. - Lisenziya verən təşkilat da Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. - Tamamilə doğrudur. Oradan o tərəfə biz atıq keçə bilmirdik. - 2015-ci ilədək MTN-nin gətirib ora qoyduğu avadanlıq olmayıb. Buna qədər alternativ nə vardı? Axı, bunlar avadanlığı nə üçün gətirib qoymalıydılar? Bu nəyi dəyişdi? Orada hansı informasiyalar vardı? – Əslində Milli Təhlükəsizlik Nazirliyinin avadanlıqları olub. Lakin bu avadanlıqlar artıq istismar müddətini başa vurmuşdu. İnternetdə bir çox məsələlər, protokollar dəyişmişdi və bu avadanlıqlar artıq işləmirdi. Ona gərə də o avadanlığın nə bizə, nə də onlara elə bir maneə yaratmırdı. Lakin yeni bir avadanlığın qoyulması bizim rezervləri tamamilə yox vəziyyətinə gətirdi. Ancaq Azərbaycan rabitəsi üçün olan rezervləri. Biz rabitə sxemini elə yaratmışıq ki, Azərbaycanın 8 rayonunda Bakıda gördüyünüz mərkəzi sayt kimi saytlarımız var. Və bu saytların hamısı biri-birinə yüksək sürətli, ayrı-ayrı istiqamətlərdən gələn çox böyük tutumları təmin edə biləcək saytlardır. Məhz bu problemin kökündə dayanan məsələ bu oldu ki, Naxçıvan daxil bütün Azərbaycan interneti bu avadanlığın üzərindən keçirilməsi haqqında texniki şərt qoyuldu. Ən böyük məsələ bu idi. – Yəqin ki, siz də bilirsiz ki, konkret bu prosesin həyata keçirilməsi üçün müəyyən məbləğdə vəsait ödənilib. Nə qədər vəsaitdən söhbət gedirdi və nə qədər vəsaitin ortalıqda olub və ya olmaması sonradan üzə çıxdı? – Apardığımız araşdırmalar onu göstərir ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bura qoyulan avadanlığın dəyəri maksimum 3 milyon ABŞ dolları civarındadır. Mən artıq dəqiq bilirəm ki, dövlət tərəfindən nəyinki “Delta”nın iki saytında, “Delta”nın bütün yaratdığı 8 saytda bu avadanlıqların qoyulması üçün lazımi maliyyə vəsaiti ayrılıb. Lakin bu vəsaitlər digər təşkilatlarda olduğu kimi normal xərclənməyib. Yəqin ki, bunu da artıq aidiyyati qurumlar araşdırıb tamamilə ortaya qoyacaq. - Bu həftə Milli Təhlükəsizlik Nazirliyi dırnaq arasında öz işini görmüş o serverləri buradan götürüb apardı. Və həmin ərazi belə çıxır ki, boş qaldı. Yəni faktiki olaraq bu gün “Delta Telekom” da 2015-ci ilin yanvar ayına qədərki vəziyyət höküm sürür. O avadanlığın mövcud olmadığı dövrdəki kimi. İndi təhlükəsizliyimiz üçün hər hansı bir risk var? - Hazırda internetin təhlükəsizliyi üçün heç bir riskimiz yoxdur. Nəyə görə yoxdur? Əslində bu avadanlıqlardan aşağı rabitə təşkilatlarında da quraşdırılıb. Və o təşkilatlarda lazım olan bütün hərəkətlər, məlumatlar götürülə bilir. Düzü “Delta”da bunun nəyə görə quraşdırıldığını biz tam olaraq anlaya bilmirdik. – Ola bilər ki, yenidən gətirib quraşdırsınlar, bu dəfə hətta rezervlə? – Yox. Bizə ən yüksək səviyyədə bildirilib ki, “Delta Telekom” bütün rezervlənmə sxemlərini təmin etməlidir. Rezervlənmə sxemləri təmin olunduqdan sonra artıq cənab prezidentin göstərişi ilə bütün siyasət dəyişib. O sistem operatorun sisteminə uyğunlaşdırlmalıdır, operator o sistemə uyğunlaşdırılmayacaq. Yəni tamamilə başqa bir prinsiplə işləyəcək. – Məndə olan məlumata görə, siz həbs olunmaq təhlükəsi ilə üzləşmişdiniz. – Bir neçə dəfə biz bu təhlükə ilə üz-üzə gəldik. Və hər dəfə də böyük, qüdrətli bir əlin üstümüzdə olduğunu hiss etdik. Məhz cənab prezidentin bizim şirkətə diqqət və qayğısı olub. Cənab prezidentin qüdrəti, diqqəti üstümüzdə olmasaydı, biz yəqin ki, çoxdan başqa yerlərdəydik. Bizdə belə bir hadisə olub. Azərbaycana yönəlik hücümları dayandırmaq üçün “Delta Telekom” xüsusi avadanlıq gətirərək quraşdırıb. Bu avadanlığın köməyi ilə Avropada bizim saytlara gələn 80-10 qeqavit səviyyəsində gələn hücumları dayandıra bilir. Və bunun sayəsində Azərbaycan interneti müstəqil bir şəkildə öz fəaliyyətini davam etdirə bilir. Bu avadanlıqlar quraşdırılanda, istər-istəməz test edilməlidir. Yoxlama prosesi həyata keçirilən zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi qurumları ilə birlikdə test edilir. Bu test proseslərinin belə Milli Təhlükəsizlik Nazirliyi ilə həmin dövrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizim işçilərin həbs prosesinə kimi gətirib çıxarmışdılar. Bununla bağlı Əli Abbasov məni yanına çağırdı və bildirdi ki, sizdə belə bir mühəndis var, cavab verdim ki, bəli bu bizim texniki direktorumuzdu. Sonra o, əlavə etdi ki, bəs o adam Azərbaycana hücümlar təşkil edir. Mən o vaxt ona öz ciddi iradımı bildirdim ki, bəs cənab nazir heç olmasa bizdən bir kəlmə soruşmaq lazımdır. Yəni bu məsələ Milli Təhlükəsizli Nazirliyi tərəfində qaldırılırsa, biz belə bir sistem quraşdırmışıq və bu sistem test olunmaldır. Bu testlər də məhz Xüsusi Dövlət Mühafizə Xidmətinin aidiyyatı qurumları ilə razılaşdırılmış şəkildə aparılır. Ən azından Xüsusi Dövlət Mühafizə Xidmətindən bunu soruşmaq lazım idi. Nazir onda mənə bildirdi ki, artıq “qara maskalı”lar sizin ofisin qabağındadır, həmin adamın həbsi üçün gediblər. Siz təcili olaraq Milli Təhlükəsizlik Nazirliyi ilə danışın, özünüz bir arayış hazırlayın ki, onları geri çağırsınlar. İşə dönərkən yolda əlaqə saxladım və əlavə məlumatlar verdim ki, çox ciddi bir problem yarana bilər. Axı biz bu sistemi quraşdıracağımızı və internetin təhlükəsizliyini təmin edəcəyimizlə bağlı cənab prezidentə bir neçə ilə əvvəl söz vermişdik və biz bunu etmişik və sadəcə olaraq bunun testləri aparılır. Bundan başqa, ikinci bir məsələ isə Eldar Mahmudova yaxın bir şirkətin rəhbəri illərlə bizim şirkətə çatacaq vəsaitləri mənimsəyib və bizim şirkətə qismən ödənilib. 5 il öncə bu hadisələrə görə məni quruma dəvət etmişdilər. Yaxşı ki, mənim əlimdə bütün sənədlər vardı. Bu məsələ birinci müavin tərəfindən araşdırıldı. Hazırda həmin şəxs başqa vəzifə tutmasına baxmayaraq həyatdadır. Çox sağ olsun ki, əlimizdə olan o sənədələrə əsaslanaraq qeyri-qanuni bir hərəkətə yol vermədiyimizi görərək məni yola saldı. Özü də açıq bir şəkildə bildirdi ki, məni bura başqa məqsədlə, həbs etməyə çağırmışdılar. Əslində mən bunu hiss etmişdim. Azərbaycanda bir başqası ilə belə bir problem yoxdur. Ancaq bu şəxs mənə problem yarada bilər. O, şəxsin ora ilə bağlantısı var. Məhz ona görə də ora bir qədər hazırlıqlı getmişdim. Ardınca da baş verən hadisələr ona gətirib çıxartdı ki, borclar qalxa-qalxa getdi. Əslində “Delta Telekom” qarşı məqsədyönlü şəkildə hər iki nazirlik tərəfindən bir təxribat işlənilib. – Məhz bu serverdə toplanılan məlumatlar nə ilə bağlı idi? Tam təfərrüatları yəqin ki, sizə bəlli deyil, amma heç olamasa, funksiyaları və təyinatları sizə bəlli olmalıdır? Nə ilə bağlı idi – bank hesablaşamarı, yoxsa başqa nəsə? - Müəyyən texniki məsələlərin müzakirəsində biz başa düşürük ki, bu, nə üçün lazımdır. Əslində Azərbaycanda da müəyyən haker qrupları ola bilər. Və ya xaricdə də müəyyən haker qrupları Azərbaycanın hər hansı bir bank sektoruna hücum edib hesabları dağıda, vəsaitləri çəkə bilər. – Hətta belə bir şey olub. - Bəli. Tarix boyu belə bir hadisələr baş verib. Və ya başqa hadisələr ola bilər. Təkcə bank sektoru deyil, hətta hər hansı bir əraziyə xüsusi partladıcılar yerləşdirilib “Wi-Fi” birləşmələr üzərindən partladıla bilər. Biz bütün bunların hamısını başa düşürük. Buna görə də ən azı bu kimin tərəfindən törədilib? O mənbənin tapılması üçün bu avadanlıq bunu qeydə almalıdır. Bu araşdırma zamanı bu avadanlıqlardan bu məlumatar çıxarılıb verilməlidir. İstər Amerikanın, istərsə də Avropanın təhlükəsizlik orqanları terror və bank hadisələrinə qarşı birləşik bir şəkildə işləyirlər. Bu bütün dünyada var. Sadəcə qurulma mexanizmi düzgün olmayıb. Başdan da qeyd olunub ki, bu şəkildə qurulmamalıdır. Allah çox şükür ki, artıq məsələnin nə qədər ciddi olduğunu hər kəs anladı. Bir daha qeyd edirəm ki, bizə qəti bir şəkildə göstəriş olub ki, “Delta” bütün rezervlərini ayağa qaldırmaldır. Tam rezervlənmə sxemləri işləməlidir. Ancaq bundan sonra dövlət təşkilatları bu şəbəkəyə uyğunlaşaraq işləməlidir. Əks təqdirdə Ramazan Əliyev bu şirkətdən gedəcək. Başqa şəkildə olması mümkün deyil. Geri dön |