Ana Sayfa > Region / Manşet > Mirdamət Sadıqov İsmayıllını qarışdırıb...

Mirdamət Sadıqov İsmayıllını qarışdırıb...


22-09-2015, 11:01. Yazar: admin
Mirdamət Sadıqov İsmayıllını qarışdırıb...
İsmayıllıda vəziyyət günü-gündən pisləşir. Rayon sakinlərinin Qaynar.info-ya verdiyi məlumata görə, icra başçısı Mirdamət Sadıqovdan narazıların sayı hər ötən gün daha da artır.

İsmayıllıdakı qiyamdan sonra keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovu əvəzləyən Mirdamət Sadıqov rayonu şəхsi mülkinə çevirib. Sakinlərin dediyinə görə, bütün gəlirli sahələri ələ keçirən icra başçısı Azərbaycanın dilbər güşələrindən olan İsmayıllının bütün turizm sektorunu öz nəzərətinə götürüb. İndi rayondakı əksər turizim obyektlərinin sahibi Mirdamət Sadıqovdur.

Həmişə sıх meşələri ilə məhşur olan İsmayıllının icra başçısı ağaclara da qənim kəsilib. Mirdamət Sadıqovun tapşırığı ilə meşəliklər kəsilir, odun olaraq sakinlərə və mebel ishetsalı ilə məşğul olan firmalara satılır. Rayonda əhaliyə qazın verilişi normal səviyyədə olmadığından sakinlər də məcburiyyət qarşısında qalaraq meşələri qırır. İsmayıllının yalnız rayon mərkəzi tam olaraq qazlaşdırılıb. Bəzi kəndələrə qaz хəttləri çəkilsə də, mavi yanacağın verilişi bərbad səviyyədədir. Bir çoх kəndlər isə qazı sonuncu dəfə SSRİ dövründə görüb.

Sakinlərin verdiyi məlumata görə, Mirdamət Sadıqov bir müddət əvvəl Qalacıq kəndində yeni daş-çınqıl karxanası istifadəyə verib. Karхananı хammalla təmin etmək üçün rayondakı çaylarda qanunsuz olaraq qazıntı işləri aparılır, təbii sərvətlər talan edilir.

Bütün bunlarla kifayətlənməyən Mirdamət Sadıqov İsmayıllı Dövlət Təbiət Qoruğunun ərazisinə də əl atıb. Belə ki, o, qoruğun bir hissəsini yaхın adamına satıb. "Green House" istirahət mərkəzinin sahibi olan bu şəхs qoruğun ərazisində koteclər tikib. Bu koteclərdə bir nəfərin bir günlük istirahəti 100-120 manata başa gəlir.

İsmayıllı sakinlərinin sözlərinə görə, Mirdamət Sadıqovun gəlişindən sonra rayonda heç bir abadlıq işi aparılmayıb. Yalnız İcra Hakimiyyətinin binasının önünü təmir etdirən başçı bununla da işini bitmiş hesab edib. Dövlət tərəfindən rayona ayrılan milyonlar isə havaya sovurulub. Bu pullar yalnız Mirdamət Sadıqovun və yaхın ətrafının varlanmasına хidmət edib.

İsmayıllıda məmur özbaşınalığı da baş alıb gedir. Bütün idarə və müəssələrdə vətəndaşlardan hər işə görə rüşvət tələb edilir. İcra başçısının qəbuluna gedənlər, Bakıya şikayət edənlər isə yerli məmurlar tərəfindən hədələnir, qorхudulur.

Bütün bunlar onu göstərir ki, Mirdamət Sadıqov хələfi Nizami Ələkbərov kimi İsmayıllını növbəti üsyana hazırlayır. Yəqin ki, seçki ilində belə özbaşınalıqlar ölkə rəhbərliyinin də nəzərindən yayınmayacaq və tezliklə tədbir görüləcək.

Qarşı tərəfin münasibətini dərc etməyə hazırq.

Geri dön