Ana Sayfa > Region / Manşet > Sabirabadda seçki qalmaqalı - Rayon qaynayır
Sabirabadda seçki qalmaqalı - Rayon qaynayır16-09-2015, 12:40. Yazar: admin |
63 saylı Sabirabad birinci seçki dairəsindən hakim partiyanın deputatlığa namizədi olan Elçin Quliyev dünən gecə saatlarında Sabirabada gəlib. Bu barədə DİA.AZ-a Sabirabaddakı qaynaqlardan informasiya daxil olub. Siyahıda adının olmasından əmin olan kimi Elçin Quliyevin “Mercedes”-lərlə rayona gəldiyi, xüsusi mühafizəçilərlə doğulduğu Cavad kəndində göründüyü söylənilir. Qeyd edək ki, Elçin Quliyev əslən Sabirabad rayon Cavad kəndindəndir. Onun yaxın qohumu olan Elman Nuriyev isə özünə məxsus «Şamlıq» Restoranında Seçki Qərargahı yaratmaq üçün hazırlayıb. Dia.az-a verilən məlumata görə, Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin Mərkəzi Aran üzrə regional müdiri olan Elman Nuriyev uzun müddət işlətdiyi «Şamlıq» restoranını bir ay öncə bağlayıb. Məlumatlara əsasən Elçin Quliyev dünən gecə saatlarında bağlanmış bu restoranda idarə rəisləri ilə görüş keçirib. Görüşdə YAP-ın Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev, Su Kanal İdarəsinin rayon şöbəsinin müdiri Mirəlif Əzizov, Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin Mərkəzi Aran üzrə regional müdiri olan Elman Nuriyev, Drenaj Sistemləri idarəsinin müdiri Əliş Talıbov və onun oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad şöbəsinin müdiri Vüsal Talıbov, «Azərişıq» ASC-nin rayon şöbəsinin rəisi Rəşad Quliyev və başqa büdcə təşkilatlarının rəhbərləri olublar. Sabirabaddakı mənbələrimiz dia.az-a məlumat veriblər ki, Elçin Quliyev büdcə təşkilatlarının rəhbəri olan qohumlarını toplayaraq, işçilərini səfərbər etmələrini tələb edib. Həmçinin də onların rayonda əsas rəqibi olan maliyyə idarəsinin rəisi Hüseynağa Gülüşovun da zərərsizləşdirilməsi şərtini qoyub. Sabirabaddakı mənbəmiz xəbər verir ki, Hüseynağa Gülüşov Elçin Quliyevin komandasının rayonda böyük maxinasiyalar etməsinin qarşısını alaraq, mütəmadi olaraq yeyinti faktlarının qarşısını aldığına görə, Quliyevlərlə Gülüşov arasında qarşıdurma yaranıb. Məlumatlara əsasən hər iki tərəf Cavad kəndindəndir. DİA.AZ-a daxil olan məlumatda o da qeyd edilir ki, Elçin Quliyev qardaşı, Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin sədr müavini Zakir Quliyevin də imkanlarından yüksək istifadə edir. Onu da əlavə edək ki, Quliyevlər ailəsinin daha bir üzvü Namiq Quliyev hazırda Beynəlxalq Bankın Sumqayıt filalının rəhbəridir. Deputatlığa namizəd Elçin Quliyev özü isə Metralogiya, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsində Aparat rəhbəri vəzifəsində çalışır. Geri dön |