Ana Sayfa > Region / Manşet > Daşkəsəndə narazılıq: KƏNDLİLƏR ETİRAZA HAZIRLAŞIR

Daşkəsəndə narazılıq: KƏNDLİLƏR ETİRAZA HAZIRLAŞIR


11-09-2015, 13:07. Yazar: admin
Daşkəsəndə narazılıq: KƏNDLİLƏR ETİRAZA HAZIRLAŞIR
Daşkəsəndə yerli İcra Hakimiyyəti orqanları ilə əhali arasında ciddi narazılıq baş qaldırıb. JAM.AZ xəbər verir ki, bu barədə Süleyman Kərimov adlı şəxs sosial şəbəkələrdə məlumat yayıb.

O bildirib ki, yerli İcra Hakimiyyəti orqanları əhaliyə divan tutu rvə bu səbəbdən də xalq yaxın günlərdə ayağa qalxacaq. Onun iddiasına görə, İcra Hakimiyyətinin məsul işçiləri camaatın torpaqlarını əllərindən almaqla məşğuldur və bu da haqlı narazılığa gətirib çıxarıb.

Kərimovun iddiasına görə, Daşkəsən əhalisi, həm də səfalət içində yaşayır. O, rayon sakinlərinin dövlət başçısından kömək istədiklərini də vurğulayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri dön