Ana Sayfa > Region / Manşet > Saatlıda YAP-ın sədri büdcətəşkilatlarından pul toplayır
Saatlıda YAP-ın sədri büdcətəşkilatlarından pul toplayır9-09-2015, 12:51. Yazar: admin |
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonubaşlı başına buraxıb YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxıyev büdcə təşkilatlarından, həmçinin rayonda fəaliyyət göstərən təsərrüfat tipli müəssisələrdən «aylıq» toplayır. Bu barədə AzFakt.com-u məlumatlandıran mənbə iddia edir ki, icra başçısı Siraqəddin Cabbarov rayonda çox az olduğundan, rayonu əsasən başçının birinci müavini İlham Quliyev və YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxıyev müştərək şəkildə idarə edirlər. Məlumatda qeyd olunur ki, yanvar ayından bu günə qədər Siraqəddin Cabbarov rayon sakinləri ilə ancaq 4 dəfə görüşüb. Digər səyyar görüşləri isə İlham Quliyevlə Lütvəli Şıxıyev həyata keçirib. Qeyd edək ki, bir müddət əvvəl bələdiyyə sədri Füzuli Qurbanovla bağlı qalmaqalda da məhz İlham Quliyevlə Lütvəli Şıxıyev adı hallanırdı. Həmin vaxt sabiq bələdiyyə sədri Füzuli Quliyev yaydığı videorolikdə İlham Quliyevlə Lütvəli Şıxıyevi ondan rüşvət almaqda ittiham edirdi. AzFakt.com-a verilən məlumata görə, rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri və Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxıyevin icra başçısı Siraqəddin Cababrovun ona verdiyi bəzi səlahiyyətlərdən istifadə edərək büdcə təşkilat rəhbərlərindən özü üçün aylıq hesab yığır. Mənbə bildirir ki, əslində Siraqəddin Cabbarovun Lütvəli Şıxıyevə bəzi səlaiyyətlər verməsinin əsas səbəbkarı başçının birinci mavini İlham Quliyevdir. Belə ki, İlham Quliyev Lütvəli Şıxıyevdən istifadə edərək büdcə təşkilatlarını nəzarətində saxlmaqla bərabər həm də rayonda başçı qədər söz sahibinə çevrilib. Lütvəli Şıxıyevin Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatına sədr gətirilməsidə İlham Quliyevin planlarının bir parçası olub. Məhz Lütvəli Şıxıyev YAP rayon təşkilatının rəhbəri, icra hakimiyyətində sektor müdiri və başçının birinci müavinin ortaqlarından biri olduğu üçün büdcə təşkilat müdirlərindən hər ay təyin olunmuş məbləğdə «aylıq» alır. Məbləğin təyin olunması isə sektor müdiri ilə büdcə təşkilatının rəhbəri arasındakı razllaşmada müəyyən edilib. AzFakt.com-a daxil olan həmin siyahını təqdim edirik: İddiaya görə Lütvəli Şıxıyev Saatlı rayon Mərkəzi Xəstəxanasının baş həkimindən 400 manat; Saatlı rayon Mədəniyyət və Turizm şöbəsinin müdirindən 300 manat; Kommunal Müəssisələri Kombinatının rəisindən 150 manat; Rayon Baytarlıq İdarəsinin rəisindən 200 manat; Suvarma Sistemlari İdarasi müdirindən 300 manat; Meliorasiay idarəsinin müdirindən - 200 manat; Saatlı ƏSMM müdiri Babək Hüseynovdan 200 manat; Saatlı Əmək və Məşğulluq Mərkəzinin müdirindən 100 manat «aylıq»alır. Bundan başqa rayon Yol İstismar İdarəsinin müdiri və bir neçə kənd icra nümayəndələridə Lütvəli Şıxıyevə «aylıq» verdiyi iddia olunur. Mənbə bildirirki, siyahıda əvəvlər bir neçə böyük məktəbin direktoruda olub. Lakin Lütvəli Şıxıyevlə Təhsil Şöbəsinin müdiri arasında problem yaranıb və Şamil Nürəliyev sektor müdirinə verilən aylığın qarşısını alıb. Ümumilikdə YAP Saatlı rayon təşkilatı sədrinin büdcə təşkilatlarında ayda 2500 manat hesab yığdığı iddia olunur. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri dön |