Ana Sayfa > Region > İcra başçısının ağac qətliamı
İcra başçısının ağac qətliamı1-04-2015, 12:33. Yazar: admin |
Beyləqan rayonunda baş verən qanunsuzluqla bağlı cumhuriyyet.az-a yeni məlumatlar daxil olub. Rayondakı mənbənin verdiyi məlumata görə, rayon icra başçısı Vaqif Abdullayev rayonun Heydər Əliyev prospektinin arxasında rayon prokurorluğunun ətrafındakı əraziləri qeyri qanuni olaraq bəzi işbazlara satıb. Onu da bildirək ki, həmin ərazidə Beyləqan prokurorluq şöbəsi, “Kapitalbank”ın rayon filialı, Telefon Qovşağı İdarəsi və Kommunal Təəsrrüfat İdarəsi yerləşir. Beyləqanda verilən məlumata görə, Vaqif Abdullayev satdığı ərazilərdəki ağaclar gizli şəkildə qırılaraq yoxa çıxarılıb. Hazırda ərazidə yeni ağacların qırılması davam edir. Mənbəmizin iddiasına görə icra başçısı obyekt tikən şəxslərə deyib ki, ağacları gizli şəkildə qırın və heç kəs görməsin. Buna görədə ağaclar daha çox gecə vaxtı tez tələsik qırılır və kötükləri yoxa çıxardılır. Sözügedən olayla bağlı əldə etdiyimiz digər bir məlumat da diqqət çəkir. Belə ki, onu da öurəndik ki, icra başçısı rayon prokurorluğunun ətrafında satdığı ərazi həm də Beyləqan Qış klubun ərazisidr və əslində bu ərazini satmaq qanunsuzdur. Belə ki, prezident İlham Əliyev ölkədə fəaliyyət göstərən klubların yenidən bərpa edilməsi haqqında bir neçə il bundan qabaq sərəncam verib. Amma görünən odur ki, Vaqif Abdullayev prezidentin sərəncamını saya salmır. Əgər belə olmasaydı Qış klubun ərazisinə aid olan sahəni qeyri- qanuni satmazdı. Onu da bildirək ki, Beyləqanda baş verən bu hadisə yalnız ölkə rəhbərinin xüsusi diqqət ayırdığı klubların ərazisinin işbazlara verilməsi ilə deyil, həm də ağacların kəsilməsi ilə birinci şəxsə göstərilən sayğısızlıqdır. Belə ki, Azərbaycan prezidenti İlham Əliyev təxminən bir il öncə, aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasıda deyirdi: “Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir”. Prezidentin vicdansızlıq, biabırçılıq və cinayət adlandırdığı əməlin Vaqif Abdullayevin idarəçiliyi altında necə baş verməsini aşağıdakı fotolarda diqqətinizə çatdıracayıq. Bütün bunlardan sonra isə əlavə edək ki, mənbənin cumhuriyyet.az-a bildirdiinə görə, icra başçısı 1 kvadrat metr obyekt yerini 500 manata satır. Həmin ərazidə artıq bir neçə obyekt tikilməkdə davam edir. Qeyd edək ki, məsələ ilə bağlı araşdırmamız davam edir və yaxın günlərdə icra başçısının daha hansı əraziləri satması ilə bağlı oxucularımıza ilginc məlumatlar verəcəyik. Geri dön |