Ana Sayfa > Region / Manşet > Goranboy rəhbərliyi bir ildə 18 milyon manatı nəyə sərf edib?
Goranboy rəhbərliyi bir ildə 18 milyon manatı nəyə sərf edib?12-08-2015, 12:14. Yazar: admin |
Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən "Bizim Yol" qəzetinin araşdırmasında Goranboy rayon İcra Hakimiyyətinə bir ildə ayrılan büdcə vəsaitlərinin əsas hissəsinin tenderdə tək təşkilata verildiyi ortaya çıxmışdı. Gözdən uzaq regionlara ayrılan pulların hansı sahələrə və necə sərf edildiyi maraqlı olduğu qədər də icra başçılarının kimlərlə iş gördüyü də diqqətçəkəndir. Söhbəti gedən rayon üzrə 5 ilin mövcud statistikasını araşdırdıq. Satınalmalar Üzrə Dövlət Agentliyinin 2010-cu ilin mart-dekabr ayları ərzində keçirilmiş müsabiqələrinin reyestrinə əsasən Goranboy rayon İcra Hakimiyyəti ümumilikdə 348676 manatı tender yolu ilə xərcləyib. Həmin il 5274 manatlıq inventar fiziki şəxs Lamiyə Yusibovadan alınıb. Şəfəq kənd uşaq bağçasının təmiri 13959 manat, Tatarlı kənd uşaq bağçasının təmiri 6618 manat, iki uşaq bağçasının təmiri (adları yoxdur) 3247 və 2257 manat müqabilində Anar Bayramova tapşırılıb. Şəhərdə işıqlandırma sistemini "Hicranoğlu" MMC 22230 manata quraşdırıb. 32748 manatlıq abadlıq işləri yenə həmin şirkətə həvalə edilib. Qızılhacılı qəsəbəsində 19855 manatlıq abadlıq işləri A.Bayramova verilib. Həmin ərazi üçün adıçəkilən şəxsə 5890 manatlıq da sifariş görünür. "Kooperativ cəmiyyəti"ndən üst-üstə 20 tenderdə ümumilikdə 109700 manatlıq ərzaq və kənd təsərrüfatı malları alınıb, müsabiqələri bir təşkilat qazanıb. Cəmi 4 uşaq bağçası da daxil ərzağı inzibati ərazi dairələri götürüb. Son ünvanı maraqlıdır. Gorandan giriş qapısının tikintisi yenə fiziki şəxs Fazil Qasımovdan 37988 manata satın alınıb. Yaşayış binalarının əsaslı təmiri işlərinin 88910 manata aparıldığı göstərilir, amma satın alan şirkətin adı yoxdur. 2011-ci ildə Goranboy İH ərzaq və kənd təsərrüfatı məhsullarının satın alınması üzrə ümumilikdə 222973 manat dəyərində 23 tender keçirib və həmin məbləği iki şirkət aralarında paylaşıb - "Goranboy rayon Kooperativ Cəmiyyəti" və "Mövqe 2010" MMC. Bu dəfə bağçalar yoxdur, məhsulların sadəcə inzibati ərazi dairələri üzrə nümayəndəliklərə alındığı göstərilir. Bir ildə ərzağa tələbatın iki dəfə artmasının iqtisadi əsaslandırması əcaba nə ola bilər? Deyilənə görə, yoxsulluq səviyyəsi sürətlə azalır, bəs bu qədər ərzaq hansı acların mədəsinə gedir? Həmin il 3 saylı uşaq bağçasında təmir işlərinin satın alınmasına 9861,19 manat ("Şevqard-2" MMC), Faxralı inzibati ərazisindəki bağçanın təmirinə 9876,45 manat ("Lion" şirkəti), Sarov kənd bağçasının təmirinə 9864,81 manat ("Lion" şirkəti) ayrılıb. Şəhərin V.Bayramov küçəsində divarların aqlay ilə üzlənməsi 42972 manat ("Ulduz Tikinti" MMC), Vidadi və M.Məhərrəmov küçələrində işıqlandırma sistemi üçün elektrik xəttinin çəkilişi 18512 manat ("Rəşid-K-İ" şirkəti), V.Bayramov küçəsində yeni tikilən parkda fontan qurğularının tikintisi 29971 manat ("Rəşid-K-İ" şirkəti), S.Civəzadə və V.Bayramov küçələrində yaşıllıq zolaqları 48304 manat ("Rəşid-K-İ" şirkəti), S.Cavadzadə və V.Bayramov küçələrində səkilərin təmiri 49572 manat ("Rəsul-İ" MMC), Qızılhacılı qəsəbəsi Mehdi Hüseyn küçəsinin asfaltlanması 79950 manat ("Goranboy 19 saylı Yİİ"), küçələrin asfalt-beton örtüyünün təmiri 99962,5 manat ("Goranboy 19 saylı Yİİ"), abadlıq və quruculuq işləri 121338,01 manat ("Taryel-Hicran" MMC), dəftərxana və təsərrüfat malları 4287 manat ("Goranboy rayon Kooperativ Cəmiyyəti"), təmir və yaşıllaşdırma işləri 39748 manat ("Dəliməmmədli Kommunal Müəssisələr Kombinatı"), küçələrin təmizlənməsi 137470 manat (Təmizlik idarəsi), təkrar küçələrin təmizlənməsi 55000 manat (Yaşıllıq-Şitillik İdarəsi, üst-üstə 192470 manat), küçələrin asfalt-beton örtüyünün təmirinə 406704 manat ("19 saylı Yİİ") sərf olunub. 2011-ci ildə ümumilikdə 1386365.96 manat xərclənib, əvvəlki il tenderlə xəclənən vəsaitdən 4 dəfə çox. 2012-ci ildə abadlıq işləri "Fəqan" xidmət təşkilatından 1625251 manata satın alınıb. Şikayətçinin məktubunda şirkətin daha 105 min manat məbləğində tenderi qəbul etdiyi vurğulanırdı, amma satınalmalar üzrə məlumat bazasında belə müqavilə yoxdur. Ya məlumat yanlışdır, ya da bazada əksini tapmadığına görə vəsait müsabiqəsiz həvalə edilib. Yaşıllıq zolağının salınması işləri ("Fərid-M xidməti təşkilat" MMC, 5700 manat), Şəhidlər Xatirə Kompleksində abadlıq işləri ("Birgə" MMC, 42624 manat), maşın və mexanizmlərin alınması ("Fərid-M xidməti təşkilat" MMC, 22945 manat), Dəliməmmədli-Həmənli avtomobil yolunun tikintisi ("Xocalı 58 saylı yol istismarı" MMC, 4597305 manat), rayonun Yeniyol kəndində 220 şagird yerlik orta məktəbin tikintisi ("İnşaatçı" təmir tikinti müəssisəsi, 1552710 manat-şagirdbaşına 705777 manat düşür), Fəxralı kəndində 480 şagird yerlik orta məktəbin tikintisi ("İnşaatçı" təmir tikinti müəssisəsi, 2105000 manat - şagirdbaşına 4385.42 manat), Dəyirmanlar kəndi 80 şagird yerlik orta məktəbin tikintisi ("Azərbaycan İnşaat İnvestisiya Qrupu" MMC, 766847 manat-burada şagirdbaşına 9585.59 manat düşür, əvvəlkindən 2.19 dəfə baha), Məşədiqaralar kəndi 80 şagird yerlik orta məktəbin tikintisi ("Azərbaycan İnşaat İnvestisiya Qrupu" MMC, 766294,55 manat- şagirdbaşına 9578.68 manat), Əlirzalı kəndi 220 şagird yerlik orta məktəbin tikintisi ("Ayaz-A" kiçik müəssisəsi, 1509810 manat-şagirdbaşına 6862.77 manat), Alpotu kəndi 220 şagird yerlik orta məktəbin tikintisi ("Qardaşlıq" MMC, 1694000 manat-şagirdbaşına 7700 manat), Quşçular kənd 180 şagird yerlik orta məktəbin tikintisi ("Saqibət-İnşaat" MMC, 1692250 manat-şagirdbaşına 9041.39 manat) fərqli şirkətlərə həvalə olunub. Rayonun V.Bayramov küçəsində abadlıq işlərinin satın alınması ("Şans-R" MMC, 27803 manat), Dəliməmmədli şəhər küçələrinin asfalt-beton örtüyünün təmiri ("19 saylı Yİİ", 99750 manat), Qızılhacılı qəsəbəsi Ə.Hüseynov küçəsində asfalt-beton örtüyünün təmiri ("19 saylı Yİİ", 79800 manat), abadlıq işləri ("Rəsul-İ" MMC, 225864 manat), şəhərdə yaşayış binalarının əsaslı təmiri ("Türkan-tikinti" MMC, 103997,51 manat), dəftərxana ləvazimatları və təsərrüfat mallarının alınması (fiziki şəxs Füzuli Əliyev, 4270 manat), S.Civəzadə küçəsində abadlıq işləri ("Şans-R" MMC, 17660 manat), küçələrdə asfalt-beton örtüyünün təmiri ("19 saylı Yİİ", 406800 manat), şəhər mənzil fondunun təmiri ("M-Yusif" MMC, 139447 manat), şəhərdə işıqlandırma sisteminin qurulması ("Ulduz-Tikinti" MMC, 129328,4 manat), sanitar təmizlik və yaşıllıq sahəsi üzrə işlər ("Dəliməmmədli şəhər Kommunal Müəssisələr Kombinatı", 39748 manat), şəhərin yaşıllıq zolaqlarına qulluq (Goranboy şəhər "Yaşıllıq-Şitillik" Təsərrüfatı, 66533 manat), küçə və meydanların süpürülməsi, məişət tullantılarının daşınması ("Təmizlik İdarəsi", 152244 manat) da tenderdə satın alınıb. 242920 manatlıq ərzaq və kənd təsərrüfatı məhsullarının alınması üzrə isə 25 tenderin qalibi iki şirkət olub - "Goranboy Ric" MMC (11 tender) və "Mehdixan-2011" MMC (14 tender). Bir ildə böyük vəsait - ümumilikdə 18116900 manat xərclənib. 2013-cü ildə abadlıq işləri ("Eleqance" MMC, 118200 manat), şəhərin H.Əliyev prospekti, M.Məhərrəmov, V.Bayramov və S.Civəzadə küçələrində abadlıq işləri ("Effekt CN" MMC, 31787 manat), Goran qəsəbəsi giriş hissəsində hasarın aqlay və dekorativ daşla üzlənməsi ("Kama" MMC, 29082 manat), şəhərin S.Vurğun küçəsində yeni səki yan daşlarının qurulması ("Camal 2001" MMC, 2690 manat), Dəliməmmədli kənd küçələrində asfalt-beton örtüyünün təmiri ("19 saylı Yİİ", 99735,8 manat), şəhər mənzil fondunun təmir işləri ("Sprint-K" MMC, 112534 manat), küçələrdə abadlıq ("Elton-2" MMC, 110000 manat), asfalt-beton örtüyünün təmiri ("19 saylı Yİİ", 406955,58), Qızılhacılı qəsəbəsi, İ.Nəsimi küçəsinin asfalt-yol örtüyünün təmiri ("19 saylı Yİİ", 79751,75 manat), şəhərin Qızılhacılı qəsəbəsi tərəfindən giriş hissədə abadlıq işləri ("Camal 2001" MMC, 26665 manat), dəftərxana ləvazimatları və təsərrüfat mallarının alınması (fiziki şəxs Füzuli Əliyev, 4494 manat), sanitar təmizlik və yaşıllıq xidmətləri ("Dəliməmmədli şəhər Kommunal Müəssisələr Kombinatı", 3300 manat), təsərrüfat malları və ehtiyat hissələrinin alınması ("Y.Ş.T.", 8652 manat), təkrar təsərrüfat xərci və ehtiyat hissələri (Goranboy "Təmizlik İdarəsi", 14514 manat), Yenikənd orta məktəbi ("Sosial-İnkişaf Layihə" MMC, 26000 manat), Təklə kənd məktəbi ("Sosial-İnkişaf Layihə" MMC, 16000 manat), Xınalı kənd məktəbi ("Sosial-İnkişaf Layihə" MMC, 26000 manat), Goran qəsəbə məktəbi ("Sosial-İnkişaf Layihə" MMC, 26000 manat), Qarasuçu kənd məktəbinin layihə-smeta sənədlərinin hazırlanması ("Sosial-İnkişaf Layihə" MMC, 26000 manat) işləri ümumilikdə 1168361 manata satın alınıb. Ərzaq və kənd təsərrüfatı məhsullarının alınması "Goranboy RİC" MMC, "Şans-R" MMC, "Mövqe-2010" MMC-yə həvalə olunub, buna da ümumilikdə 26 tenderdə 274728 manat xərclənib. Prezidentin 2013-cü il 30 iyul tarixli Sərəncamı ilə 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədi ilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan rayon İcra Hakimiyyətinə 3 milyon, 2014-cü ildə isə 7,2 milyon manat vəsait ayrılıb. Agentliyin müsabiqələrə dair məlumat bazasında 10.2 milyon manatın izi-tozu da yoxdur. Prezidentin səxavətlə verdiyi milyonları icra başçıları büdcə vəsaitlərinin gözünə qatıb "səxavətlə" xərcləyirlər. 2014-cü ildə rayona ayrılan vəsaitlər üzrə minik avtomobilinin satın alınması ("Miri-S" MMC, 33000 manat), şəhidlər xatirə kompleksində iki dəfə təmir işləri ("AMOO" MMC, 23828 manat, "Ayxan-93" MMC, 29566 manat), küçələrdə abadlıq işləri ("Lixon-55" MMC, 86000 manat), işıqlandırma sisteminin qurulması ("Kapri" MMC, 40189 manat), Qızılhacılı qəsəbəsi küçələrinin asfaltlanması ("19 saylı Yİİ", 246727 manat), Dəliməmmədli küçələrinin asfaltlanması ("19 saylı Yİİ", 99729 manat), şəhərdə albeton örtüyünün təmiri ("19 saylı Yİİ", 284250 manat), abadlıq (fiziki şəxs Vaqif Quliyev, 118600 manat), mənzil fondunun təmirinə (fiziki şəxs Yusif Hacıyev, 114987 manat) ümumilikdə 1076876 manat xərclənib. Maşallah, fiziki şəxs bu həcmdə işi hansı maşın-avadanlıq, işçi qüvvəsi ilə görüb, çox maraqlıdır. 262031 manatlıq ərzaq və kənd təsərrüfatı məhsullarının satın alınması yenə "Şans-R" MMC, "Universal-2014" MMC, "Fortuna-2" MMC-yə həvalə edilib. "Universal-2014" bu məqsədlə yaradıldığını adı ilə bəlli edir. 2015-ci ildə də rayonun sifarişi iri məbləğlər olub. Asfalt-beton örtüyünün təmiri işlərinin satın alınması üçün 479984 manat "19 saylı Yİİ"-ə verilib. Təmir-abadlıq ("Sonata-123" MMC, 41996 manat), mənzil fondunun əsaslı təmiri işləri ("İsmayıl Abdullayev" MMC, 88970 manat), abadlaşdırma ("Alov-2015" MMC, 45677 manat) olub. ("Alov-2015" də adından bəlli olduğu kimi vəsaitləri sərf etmək məqsədilə yeni yaradılıb. Halbuki tender qanunvericiliyinə görə dövlət vəsaitlərinin xərclənməsi üzrə müsabiqələrdə üstünlük təcrübəli şirkətlərə verilməlidir. Ərzaq və kənd təsərrüfatı mallarının satın alınması yenə üç şirkət arasında təxminən əvvəlki ildəki kimi bölünüb. Ümumi məbləğ 272717 manatdır. Məlumatlara görə qalib müəssisələr icra başçısının yaxın çevrəsinə aiddir. Tenderlər nə vaxt keçirildi, elanlar varmı, rəqiblər kimlər idi və təkliflərinin nə olduğunu agentlikdə yaxşı bilirlər. Geri dön |