Ana Sayfa > Region / Manşet > Mərkəzi Dəmiryol xəstəxanasından daha bir ŞİKAYƏT
Mərkəzi Dəmiryol xəstəxanasından daha bir ŞİKAYƏT10-08-2015, 14:43. Yazar: admin |
Səhiyyə ilə bağlı çox deyilsə də, yazılsa da bu gün bəzi nöqsanlar hələ də mövcuddur ki, bu da vətəndaşları olduqca narahat edir. Bu gün bəzi səhiyyə ocaqlarında ən müasir avadanlıqların olmasına, ölkəmizə qonşu dövlətlərdən həkimlərin gətirilməsinə, yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsinə rəğmən, hələ də səhiyyəmizə olan inam, etibar yox dərəcəsindədir. Hətta deyərdik ki, bu gün əksər vətəndaşlar ölkəmizdə müayinə və müalicə almaqdan boyun qaçırırlar. Səbəb isə, həkimlərimizə olan inamsızlıqdan irəli gəlir. Bunları təbii ki, daxil olan şikayətlərə əsasən demək mümkündür. Hətta deyərdik ki, artıq səhiyyəmizdə çalışan savadlı, bilikli həkimlərimiz də, digər ölkələrə üz tutub orada çalışmağı üstün tuturlar. Demək olar ki, hər gün səhiyyədə baş verənlərlə bağlı redaksiyamıza şikayətlər daxil olur ki, biz də bacardığımız qədər həmin şikayətlərin işıqlandırılmasında yardımçı oluruq. Həmçinin bu gün digər xəbər portallarında, saytlarda səhiyyə ilə bağlı kifayət qədər şikayət və iradlara rast gəlmək mümkündür. Səhiyyə gələcək nəsillərin və bugünkü yaşlıların daha sağlam, gümrah olması deməkdirsə, çox təəssüflər olsun ki, gələcək nəsillərimizin daha sağlam, bu günkü yaşlıların isə, uzun ömürlü olacaqlarını təsəvvür etmək qeyri-mümkündür. Səbəb isə təbii ki, bəllidir: Səhiyyəmizin bugünkü durumu. Bu gün yenidən səhiyyə mövzusuna yer verməyimiz də əbəs deyil. Redaksiyamıza daxil olan şikayət əsasında yenidən bu mövzuya yer verməli olduq. Nə qədər üzücü olsa da, yenidən daxil olan şikayətdə səhiyyəmizdəki əskikliklərdən, çatış mazlıqlardan bəhs edilir. Həmçinin məsələnin digər bir üzücü tərəfi də ondan ibarətdir ki, daxil olan şikayətlərin əksəriyyəti məhz dövlət xəstəxanaları, poliklinikalardır. Elə bu gün redaksiyamıza daxil olan şikayət də, dövlət xəstəxanasındandır. Belə ki, daxil olan şikayət Binəqədi rayonu, Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi məhəllə 5025 ünvanında yerləşən, "Azərbaycan Dəmir Yolları" QSC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Dəmiryol Xəstəxanasındandır. Şikayətə keçməzdən əvvəl qeyd edək ki, artıq Mərkəzi Dəmiryol Xəstəxanası barədə redaksiyamıza kifayət qədər şikayət və məlumatlar daxil olub ki, həmin məlumatları daimi oxucularımız daha gözəl bilir. Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi Adil Tağıyevdir. Yolu sözügedən səhiyyə ocağından düşən hər kəs buradakı şəraitsizlikdən, antisanitariyadan və xəstələrdən pul tələb edilməsindən gileylənir. Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında bütün əməliyyatların, həmçinin xəstələrə dərmanların pulsuz olduğunu bildirsə də, bu haqda göstəriş olsa da, Mərkəzi Dəmiryol Xəstəxanasında reallıq tamam başqa cürdür. Xəstələr bildirirlər ki, həkimlər pasiyentləri bir-birinə ötürərək lazım oldu-olmadı müayinə edir və onlara xəstəxananın yaxınlığında fəaliyyət göstərən apteklərdən olduqca baha qiymətlərə satılan dərmanlar almağın vacib olduğunu deyirlər. Hətta səhiyyə ocağında şprits belə pulla satılır. Yəni bir sözlə, əgər yolunuz Mərkəzi Dəmiryol Xəstəxanasından düşərsə, əliniz mütləq cibinizdə olmalıdır. Bütün sadalananlar bir daha onu göstərmiş olur ki, bu gün səhiyyə sahəsində çalışan həkimlərimizin əksəriyyəti sadəcə öz mənfəətlərini güdür, onlara həvalə edilmiş işi layiqincə yerinə yetirə bilmir, hətta dövlət tərəfindən ayrılmış vəsaitləri belə, vətəndşlara pulla satırlar. Bu sadalananlar qanunsuzluq olsa da, çox təəssüflər olsun ki, gerçək və günümüzün reallığıdır. Geri dön |