Ana Sayfa > Region / Manşet > Fikrət Əmrahovun "abırnamələri"

Fikrət Əmrahovun "abırnamələri"


9-07-2015, 11:55. Yazar: admin
Fikrət Əmrahovun "abırnamələri"
Sabirabad rayonu Həşimxanlı kənd bələdiyyəsinin sədr müavini Fikrət Əmrahov tay-tuş arasında "blatnoy" oğlan kimi tanınır. Hər havayı yerə kəllə atmaz. Bildiyini də ya torpaq üstündə min boşqaba çəkir, ya da pul üstündə. Fikrət müəllim nə yaxşı ki, iş adamı Aqif Nəcəfovla haqq-hesab çəkərkən kəllə atmayıb. Yoxsa yazığı iraq olsun lap o dünyalıq da edə bilərdi oz otağında.

Bu barədə oxucularımızın məlumatı var. Qeyd etdiyimiz kimi, sədr müavini kiçik sahibkarlıq subyektini işlədən Aqif Nəcəfovdan istədiyini ala bilmədikdə, zor üsuluna keçərək onu təhqir və təhdid etməyə başlayıb. Müavinin bələdiyyə binasındakı otağında gerçəkləşən mübahisə sahibkarın döyülərək xəsarət alması ilə nəticələnib. Bu barədə rayonun hüquq-mühafizə orqanlarının da məlumatlı olduğunu nəzərə alsaq, bələdiyyə sədrinin müavininin hələ də cəzasız qalmasının əsl səbəblərini anlaya bilmirik.Necə olub ki, sədr müavini öz otağında sahibkar Aqif Nəcəfovun başını partladıb? Etiraf edim ki, bu xəbəri alan kimi bələdiyyələr haqqında Azərbaycan Respublikasının qanunvericilik aktlarını bir-bir vərəqlədim ki, görüm orda bələdiyyə rəhbərinə tutalım, sahibkarın başını partlatmaq səlahiyyəti verilib, ya yox. Baxıb gördüm ki, elə bir səlahiyyət qəti şəkildə nəinki bizdə, heç bir ölkənin qanunlarında da yoxdur. Əgər belədirsə, Fikrət Əmrahov hansı əsasla sahibkarın başını partladıb? Yoxsa icra başçısı Nazim İsmayılova arxayındır? Ərz eləyim ki, bələdiyyə sədrinin müavini dövlət qulluqçusu deyil. Onun heç məmurluğu da yoxdur. Məmur olsaydı, bəlkə də Aqif Nəcəfov onun "kəllə atmaq haqqına" hörmətlə yanaşar, üstündən birini də vur ki, canın dincəlsin, deyərdi. Qəribədir, ucqar bir kənddə xırda və orta sahibkarlıqla, təsərrüfatla məşğul olan sadə insanları əsassız şəkildə incidən, onlardan müəyyən ödənişlər tələb edən Fikrət Əmrahovun yenidən bələdiyyə üzvlüyünə seçilməsini kim təşkil edib? Axı Həşimxanlı kənd camaatının əksər hissəsi, hətta, Fikrətin yaxın qohumlarından bəziləri də bu adamın bələdiyyə sədri kimi göstərdiyi fəaliyyətdən narazı qalıblar. Onun ictimaiyyət arasında davranışları da bir çox hallarda xoşagəlməz ovqat yaradır. Camaat qarşısında süni əngəllər yaratmağa öyrəşmiş Fikrət Əmrahov kənd bələdiyyəsinin xanım sədrinin formal rəhbərliyi fonunda əl-qolunu açaraq şəxsi büdcəsini doldurmağın qayqısına qaldığı bir vaxtda, kənd camaatı bu adamın hüzurunda sükut həddini aşmağı özünə rəva bilmir. Yoxsa, bu Həşimxanlı camaatı ki var, Fikrət kimi özbaşınalıq edənləri bir püləyə dünyanın o başına uçurdar, əmi canı. Amma, camaat abrına bürünüb sakitliyi gözləyir... Eşitdiyimə görə, Fikrət Əmrahovu Sabirabadda tanımayan yoxdur. Uzun illər dövlət və bələdiyyə işlərində çalışıb, Həşimxanlı bələdiyyəsini də son bir neçə ildə necə deyərlər, bəzi dönəmlərdə hətta abıra da salıb. Fikrət müəllimin bu "abırnamələri" o qədərdi ki, camaat arasında lətifələrlə də zənginləşdirilib zaman-zaman. Özü də elə abıra salıb ki, üstündən illər keçməsinə baxmayaraq bunun əks-sədası qulaqlardan çəkilmir. Həşimxanlıların yaddaş qutusunda sazla-sözlə xatırlanan çox olmuşlardan danışmaq olar. Bu olmuşların arasında tozu-torpağı silinməmiş, məharətlə ipə-sapa düzülmüş gülməcələr də az deyil. Nə isə, lazım gələndə bu gülməcələri bələdiyyə sədri müavininə oxumaq da olar. Bilirsən, sahibkarı otağa salıb kəllə ilə başını partlatmağa nə var? Oğul o kəsə deyərəm ki, situasiyadan asılı olmayaraq şəxsiyyət kimi müvazinətini qoruyub saxlasın, tarazlıqda qalsın. Bu kasıb camaatın da görəcəyi varmış. Fikrət müəllimin adam döyməyini qoy onun yaşına bağışlasınlar. Baxmayaraq ki, kohnə bacadan qurşaq sallamaq cavanlıq əlamətidi. Elə adam döyməyin özü də Fikrət Əmrahovun "abırnamələri" sırasında yer alsın...Cavabını verən tapılar...
Gündəlik Bakı
Geri dön