Ana Sayfa > Region / Manşet > Zərdab poçtunda qalmaqal: Rəis qapını niyə oğurladı?
Zərdab poçtunda qalmaqal: Rəis qapını niyə oğurladı?18-03-2015, 12:24. Yazar: admin |
Zərdab rayon, S.Abdullayev küçəsi ev 35-də yaşayan Sahib Məmmədov JAM.AZ vasitəsi ilə dövlət başçısına müraciət edərək, üzləşdiyi qanunsuzluqdan şikayətçi düşüb. O bildirir ki, Zərdab Poçt filialının Mərkəzi Binası 2013-2014-ci ildə əsaslı təmir olunub. «Əsaslı təmir zamanı binadan sökülən yararlı tikinti materialları satılıb. Hətta təmir zamanı binadan sökülən bir ədəd yararlı dəmir qapı mənim adıma yazılaraq Zərdab Poçt filialının rəisi Şəmsi Əhmədov öz evinə aparıb. Mən bu barədə Azərpoçt MMC-yə, Rabitə Nazirliyinə və 15.04.2014-cü il tarixdə Zərdab rayon Prokurorluğuna müraciət etdim. Aidiyyatı orqanlara muraciətimdən sonra Zərdab PF-nin rəisi Şəmsi Əhmədov Zərdab rayon İcra Hakimiyyətinin Başçısına 18 aprel 2014-cü il tarixdə mənim haqqımda böhtandan ibarət müraciət yazdı və mən 28.04.2014-cü il tarixdə saat 11:30-da ayaqyoluna düşən zaman işdə olmamağım barədə akt tərtib edərək töhmət verdi». Sahib Məmmədov yazır ki, 19.05.2014-cü il tarixdə isə Zərdab Poçt filialında PF-nın rəisi Şəmsi Əhmədovun tapşırığı ilə Zərdab PF-nın Həmkarlar İttifaqı heyyətinin iştirakı ilə onun işdə qalıb-qalmamağım barədə iclas kecirilib. «Zərdab Prokurorluğunda Poçt filialından sökülən bir ədəd yararlı dəmir qapının PF-nın rəisi Əhmədov Şəmsi tərəfindən aparıldığını və mənim haqqımda yazılan müraciətin yalan və böhtan olduğu sübut edilib. Bu barədə məndə Zərdab rayon Prokurorluğunun qərarı var. Onu da bildirim ki, Zərdab Prokurorluğu Şəmsi Əhmədovun etdiyi qanun pozuntusu haqqında nazirliyə təqdimat göndərsə də, bu günə kimi onun barəsində heç bir tədbir görülməyib». O qeyd edib ki, 8 aya yaxındır işsizdir və övladlarını saxlamaq üçün min bir əziyyətə qatlaşır. «Cənab Prezident, mən YAP-ın üzvüyəm. Dövlət əmlakını mənimsəməmişəm. Saxtakarlıq da etmək istəmirəm. Mən işdən çıxarıldıqdan sonra məhkəməyə müraciət etdim. 8 sentyabrda işdən qanunsuz olaraq azad edilməyim barədə iddiama əsasən Zərdab rayon Məhkəməsində işə baxılaraq, işə bərpa və məcburi iş buraxmağa gorə əmək haqqının verilməsinə dair iddiam təmin edilib. Lakin Zərdab PF-nın rəisi Əhmədov Şəmsi Zərdab rayon Məhkəməsinin müvafiq qətnaməsindən Şirvan Apelliyasiya Məhkəməsinə Apellyasiya şikayəti etdi. Hətta deyir ki, nəinki Ali Məhkəmə, hətta Avropa Məhkəməsi səni işə bərpa etsə də, mən səni Zərdab PF-na buraxmayacam. 19 yanvar 2015-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində işə baxıldı. Nədənsə Şirvan Apelliyasiya Məhkəməsi Zərdab rayon Məhkəməsinin qərarini ləğv edərək işə baxılmasını Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərdi. Maraq doğuran hallardan biri də odur ki, Zərdab rayon Məhkəməsinin ayrı-ayrı vaxtlarda iki məhkəmə qərarı olsa da, qərarlardan yalnız biri ləğv edilib. Mənə məlumat üçün yalnız onu bildirdilər ki, Zərdab PF-nın rəisi Əhmədov Şəmsi cavabdeh və iddiaçı kimi məhkəmə subyekti ola bilməz və bu baximdan qərarı ləğv edərək baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilir. Əgər doğurdan da bu belədirsə, necə olur ki, Əhmədov Şəmsi rəsmi olaraq öz əmri ilə işə işçi götürür və istədiyi kimi işdən işçini çixardır, müxtəlif intizam tənbehi tədbirləri görür?» Qarşı tərəfi də dinləməyə hazırıq. Geri dön |