Ana Sayfa > Region / Manşet > Abidin Fərzəliyevin işçisi qumarxana işlədir
Abidin Fərzəliyevin işçisi qumarxana işlədir16-06-2015, 13:39. Yazar: admin |
Azərbaycanda kazinolaraın və loto oyunlarının qadağan olunması hər kəsə bəllidir. Lakin paytaxt Bakıda və digər böyük şəhərlərdə bir çox məmurların havadarlığı ilə gizli kazino klublarının və loto oyunlarının təşkil edildiyi ilə bağlı dəfələrlə mətbuatda yazılar dərc olunub. Bu kazinoları işlədənlərin və loto oyunlarını təşkil edən şəxslərin arxasında bəzi məmurların dayanması onlara qarşı ciddi tədbir görülməməsinə səbəb olur. AzFakt.com-un elektron poçtuna daxil olan məlumata görə, Nərimanov rayonunda, Fətəli xan Xoyski küçəsində yerləşən məşhur “Barkod” çay evinin üst mərtəbəsində də kazino və loto oyunları təşkil edilir. Həmin obyektdə müştərilərə populyar loto oyununun elektron versiyasının təqdim edildiyi iddia olunur. Qeyd edək ki, hələ bir neçə il bundan əvvəl loto paytaxtda ən çox oynanılan qumar oynu idi. Göndərilən məlumatda qeyd olunur ki, adı çəkilən ünvnda fəaliyyət göstərən qumarxana Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəsi Qoşqar Məmmədova məxsusdur. Belə ki, qumarxana oynanılan obyekt Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəsinə məxsusdur və həmin obyekti işlədənlərin oradakı qanunsuz fəaliyyətindən Qoşqar Məmmədovun birbaşa xəbəri var. Şikayətdə qeyd olunur ki, kommunal idarə rəisi obyekti icarəyə veridyini iddia etsə də, əslində onun özü bu qumarxanadan ayda faiz alır. Qumarxananı işlədənlər tamam Qoşqar Məmmədova yaxın olmayan şəxslər ola bilər, amma təsərrüfat rəisinin obyektində fəaliyyət göstərən qumarxanaya görə həmin şəxslərdən hər ay icarə haqqından əlavə 3 min manat hesab aldığı iddia edilir. Q.Məmmədov əlaqələrindən və vəzifəsindən istifadə edərək bu obyektin “vurulması”nın qarşısını alır. Ümumilikdə isə Nərimanov rayonu ərazisində Q.Məmmədova məxsus bir sıra böyük obyektlər var. Məlumatlara görə, bu məsələdə Nərimanov rayon rəhbərliyində təmsil olunan bəzi şəxslərlə iş ortağı olan Q.Məmmədov obyektlərindəki qeyri-qanuni fəaliyyətləri həm də biznes ortaqlarından aldığı güc hesabına qoruya bilir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Geri dön |