Ana Sayfa > Region / Manşet > Beyləqanda xəstəxana yeyintisi

Beyləqanda xəstəxana yeyintisi


11-06-2015, 14:26. Yazar: admin
Beyləqanda xəstəxana yeyintisi
Son zamanlar ölkə səhiyyəsində, yəni xəstəxanalarda əhaliyə göstərilən tibbi "xidmətlər"dən söz açılanda insanların gözünün qarşısında ilk öncə rüşvət canlanır. Yəni, həkimlərin rüşvətə hərisliyi insanların taleyindən daha çox maraqlıdır. Onunla da razılaşarsınız ki, əgər cibində bir qara qəpiyin yoxdursa, xəstəxanalara üz tutmağının da heç bir əhmiyyəti yoxdur.

Allah eləməmiş, ağır xəstən ola, onda da vay halına... Burda sənin pulsuz salamını belə almayacaqlar, qaldı ki, ölümlə çarpışan xəstənə adi iynə vursunlar, lap bu sahəyə yetərincə vəsait ayrılsa belə. Amma, nə olsun. Zalımın balaları öyrəncəli olublar, adət ediblər ki, versinlər türkün məsəli bir kağız parçası desinlər ki, get bunları al gətir. Görəsən, onda xəstəxanalara ayrılan dərman preparatları necə olur, onları harda itirib batırırlar. Əlqərəz, bu haqda çox yazılıb, çox da oxunub. Onsuzda bu səhiyyə var ki, burda heç nə düzələn deyil.

Əhalinin narazı qaldığı və səhiyyə xidmətlərinin standartlara uyğun aparılmadığı dövlət xəstəxanalarından biri də Beyləqan rayon Mərkəzi Xəstəxanasıdır. Necə bir el məsəli var deyirlər, allah düşmənimin də işini bura salmasın. Birdən nə badə xəstələndin yolun düşdü Beyləqan xəstəxanasına, utanmayıb əlinə yekə bir resept kağızı yazıb verəcəklər ki, bunlar bizdə yoxdur al gətir. Sən də məcbursan ki, alasan, başqa çıxış yolun qalmır. Almağın bir yana, yazdıqları da şirkət dərmanlarıdır. Bu da onlara ikiqat pul qazanmaları üçün ən asan variantdır. Baxmayaraq ki, həmin firma dərmanının xəstəyə xeyiri olacaq, ya yox. Beyləqan xəstəxanasının bir prinsipi var;- təki xəstənin cibini soyub özlərinə xeyir eləsinlər. Əgər cibin boşdursa, işin müşkülə çevirildi, birinin vicdanı da sızıldayıb sənə bir iynəni belə vurmayacaqlar. Deyəcəklər ki, nazirliyin ayırdığı iynə-dərman xəstələri görmür. Biz də məcburuq ki, bunları xəstə sahibinin özlərinə aldıraq. Yaxşı, bunu başa düşdük! Bəs onda, xəstənin yiyələri üzə çıxmayana kimi heç bir həkimin xəstəyə baxmadığına nə deyək, onu necə başa düşək?! Bizə elə gəlir ki, bu sualı cavablandırmaq baş həkimin üzərinə düşür. Beyləqan MRX-da heç bir tibbi xidmətin pulsuz olduğu göstərilmir. Əksinə, bu xəstəxanada hər bir tibbi müayinənin öz "daskı"sı var. Burda sənə pulsuz iynə vurmağa işıq ucu da qoymayıblar. Vay halına ki, bir iynə vurdurdun pul vermədin, qulağın eşidə-eşidə sənə elə qarğışlar tökəcəklər ki, o qarğışların belə heç bir müalicəsi tapılmayacaq.

Məlumatlara görə RMX-da bir çox ştatdan kənar və yarım okladlı işçilər var. Bunlardan əksəriyyəti ümumiyyətlə işə gəlmir. Yalnız adları gedir və onların maaşları hər ay kimlərinsə cibinə gedir.

Bütün Yazılanlar və məqalədə dərc olunmayanlar Səhiyyə Nazirliyinin məsul şəxslərini hərəkətə gətirməlidir. Araşdırılma aparılmalı RMX-da baş verənlərlə bağlı lazımi tədbir görülməlidir. Çünki imkan yaradılmamalıdır ki, baş həkim rayon icra hakimiyyətinin başçısı ilə əlbir olaraq qanunsuzluqlara əl atsın.
«Gündəlik Bakı»

Geri dön