Ana Sayfa > Region > Tərtərlilər Yeni ilin gəlişini yüksək əhval-ruhiyyə ilə qarşılayıblar

Tərtərlilər Yeni ilin gəlişini yüksək əhval-ruhiyyə ilə qarşılayıblar


1-01-2024, 12:04. Yazar: admin


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Tərtər şəhərinin Mərkəzi Meydanında bayram şənliyi təşkil edilib.
Bayram şənliyə minlərlə tərtərli qatılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri ilə birlikdə Mərkəzi Meydanda quraşdırılmış monitorda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrikini dinləyiblər.
Sonra rayon sakinləri gündən-günə inkişaf edən, gözəlləşən Tərtər şəhərinin səmasında al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını maraqla seyr ediblər.









Vertikal.az
Geri dön