Ana Sayfa > Region > Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Elnur Hüseynovun anası Hüseynova Bənövşə Ağaməmməd qızını 60 illik yubileyi münasibəti ilə təbrik edib

Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Elnur Hüseynovun anası Hüseynova Bənövşə Ağaməmməd qızını 60 illik yubileyi münasibəti ilə təbrik edib


30-09-2023, 21:46. Yazar: admin


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəbrli kəndində Vətən Müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun anası Bənövşə xanımın 60 illik yubileyi münasibəti ilə onu ziyarət edib. Şəhid anasını təbrik edərək ona səmimi arzularını çatdırıb, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə verib. Ailənin qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhidin valideynlərinə Elnur kimi igid bir oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib.
Sonra İcra başçısı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərin məqsədinin Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi olduğunu bildirib.
Görüşdə 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açılıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirilib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu qeyd olunub.



Qeyd edək ki, şəhid Elnur Hüseynov 1990-cı ilin aprel ayının 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. 2020-ci ilin noyabr ayının 11-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Elnur Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə", "Vətən müharibəsi iştirakçısı" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ailəli idi 2 övladı yadigar qalıb.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Vertikal.az
Geri dön