Ana Sayfa > Region > Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib

Rayon rəhbəri tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib


23-08-2023, 09:20. Yazar: admin


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 30 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, pay və həyətyani torpaq sahələrinin suvarılması, bələdiyyə torpağından icarəyə torpaq sahəsinin ayrılması, maddi yardım, işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunma, yeni tikilmiş evə qaz xəttinin çəkilməsi, ev təmirinə köməklik, müalicə olunmasına köməklik və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.



Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Vertikal.az
Geri dön