Ana Sayfa > Region > İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib
İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib22-06-2023, 09:37. Yazar: admin |
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 20 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb. Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, həyətyani torpaq sahəsinin sənədləşdirilməsi, pay torpaq sahələrinin suvarılması, məşğulluq mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması, əlillik dərəcəsinin təyin edilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub. Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Vertikal.az Geri dön |