Ana Sayfa > Region / Manşet > Şəmkirdən İlham Əliyevə ürəkağrıdan şikayət
Şəmkirdən İlham Əliyevə ürəkağrıdan şikayət21-05-2015, 11:24. Yazar: admin |
Moderator.az-a Şəmkirdən şikayət məktubu daxil olub, onu olduğu kimi təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına Surəti - Mehriban Xanım Əliyevaya Surəti - Azərbaycan Respublikasının Konsitutsiya Məhkəməsinə Surəti - Respublika Həmkarlar İttifaqına Surəti- Milli Məclisə Şəmkir rayon Seyfəli kənd sakini, əmək veteranı, 2-ci qrup əlil Əhmədov Badayba Hüseyn oğlu tərəfindən ƏRİZƏ Yazıb sizə məlum edirəm ki, həyat yoldaşım Əhmədova Dinar Rəsul qızı Müşfiq Süleymanov adına tam orta məktəbində təsərufat müdiri işləyir. Lakin yaramaz direktor əvəzi köhnə cəza çəkmiş ona vəzifəsini yerinə yetirməyə imkan vermir. Yazdığım tabeli zorla yazdırır, texniki işcilərində artıq ştat saxlayır. Xadiməçilərin bir neçəsi 80 manat, ona lazım olan adamlara isə 106 manat pul yazır, məktəbin gözətçisi və gecə ocaqcısı işə çıxmır, mənə onlara tabel yazdırır, İnvertarlara (təzə mal-materiallar) bu günə qədər heç kim cavabdehlik daşımır,Təsərüfat müdiri saat 14-dən sonra məktəbə girə bilməz. Onu da eşidiyimə görə məktəbə nəzarət edən inispektor Nürəddin direktor əvəzi Akifdən ayda 50 manat pul alıb onun bütün cinayətinin üstünü ört-basdır edir. Mən narazıyam Prezident Aparatının məktublar şöbəsindən, mən narazıyam Təhsil Nazirliyinin məktublar şöbəsindən, mən narazıyam Şəmkir rayon icra hakimiyyətindən, mən narazıyam Şəmkir rayon təhsil şöbəsindən. Bir Azərbaycan vətəndaşı kimi mənim şikayət ərizəmi araşdırıb nəticəsi haqda tədbir görülmür. Bəs mən kimə hara müraciət edim ki, mənim və həyat yoldaşımın konstitusiya hüquqları qorunsun. Günahkar kimdirsə qanunla cəzalandırılsın. Sizdən xahiş edirəm, CƏNAB PREZİDENT! mənim həyat yoldaşımın əmək müqaviləsinin müdafiə edəsiniz, işlədiyi vəzifəsini yerinə yetirməyə şərait yaradasınız. Şəmkir rayon İcra Hakimiyyərinin işcisi Ruhin və başqaları gəldilər mənim şikayətimi əsasız saydılar. Eşitdiyimə görə direktordan da beş yüz manat pul alıb getdilər. Sizi Ulu Öndər Heydər Əliyevin Xatirəsinə and verirəm, mənim şikayətimə baxıb əlac edəsiniz. Şəmkir rayonunda mənim şikayətimə baxan yoxdur. Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm. Xahiş edirəm invalidə köməklik edəsiniz. Tel.050-367-96-60 . Əhmədov B.H. 21.05.2015 Geri dön |