Ana Sayfa > Region > İcra başçısı Vətən müharibəsi şəhidi Elşən Əlizadənin ailəsini ziyarət edib

İcra başçısı Vətən müharibəsi şəhidi Elşən Əlizadənin ailəsini ziyarət edib


12-05-2023, 10:56. Yazar: admin


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birgə Vətən müharibəsi şəhidi Elşən Əlizadənin rayonun İsmayılbəyli kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır.



Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Əlizadə Elşən Faiq oğlu 1995-ci il avqustun 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 16-da yaşadığı Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
Şəhid Elşən Əlizadə 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.



Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.

Vertikal.az
Geri dön