Ana Sayfa > Region > Tərtərdə Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən hərbi vətənpərvərlik mövzusunda kütləvi idman tədbirlərinə yekun vurulub
Tərtərdə Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən hərbi vətənpərvərlik mövzusunda kütləvi idman tədbirlərinə yekun vurulub29-04-2023, 11:05. Yazar: admin |
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aprel ayının 18-də Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə rayon ərazisində yerləşən N saylı hərbi hissələrin hərbçiləri və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Tərtər Olimpiya İdman Kompleksində start verilmiş kütləvi idman tədbirləri və Uşaq Gənclər Şahmat məktəbində təşkil edilmiş viktorina, rəsm və əl işlərindən ibarət sərgilərə aprel ayının 28-də yekun vurulub. Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, rayonun Təhsil sektorunun, Mədəniyyət Mərkəzinin, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid ailələri, qazilər, "N" nömrəli hərbi hissənin şəxsi heyəti, məktəblilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Liderin Tərtər şəhəri ərazisindəki Mərkəzi meydanda ucaldılan abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla anılıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən, Ulu Öndərin hakimiyyəti illərində rayonun sosial–iqtisadi inkişafından, dövlətçiliyimizin qorunub saxlanması istiqamətində Heydər Əliyevin göstərdiyi gərgin siyasi fəaliyyətdən, Ulu Öndərin Vətən və millət üçün gördüyü genişmiqyaslı işlərdən, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan Ordusunun müasir, müstəqil dövlətimizin qurucusu olan Ulu Öndər formalaşdırıb. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti nəticəsində yaradılan C.Naxçıvanski adına hərbi məktəb Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ordu quruculuğunda əsas bazalardan birinə çevrilib. Ümummilli Lider deyirdi: “Biz C.Naxçıvanski adına Hərbi Litseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyirdi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi”. Vahid komandanlığa tabe olan müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə dahada möhkəmlənir, döyüş meydanında qalib ordu kumi öz sözünü deyir. 44 günlük Vətən Müharibəsində qazanılan zəfər bunun əyani sübutudur. Tədbirdə cıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyində İdeoloji şöbənin müdiri, polkovnik Elşad Əbilov, üç qat yay olimpiya oyunlarının hakimi, “London 2012” oyunlarının “qızıl fit” mükafatçısı, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş müəllim işləyən Hicran Şərifov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan Ordusunu və onun formalaşması prosesini diqqət mərkəzində saxladığını, hələ sovet dönəmində onun uzaqgörənliyi sayəsində Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını, bununla gələcəkdə Azərbaycan Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldığını vurğulayıblar. Yekun tədbirdə 3 km məsafəyə qaçış, şahmat, rəsm və əl işlərindən ibarət sərgi, futbol, voleybol, tenis, viktorinalarda fərqlənənlər fəxri fərman, medal, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər. Həmçinin Vətən qoruyucularının asudə vaxtlarının təşkili ilə bağlı keçirilən tədbirlər nümayiş olunub. Sonra Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əsgərə məktub” layihəsi çərçivəsində Vətən müdafiəçilərinə məktublar ünvanlanıb. Torpaqlarımızın keşiyində ayıq-sayıq, mərdanə dayandıqlarına görə onlara uğurlar arzulanıb və əsgərlik müddətini uğurla başa vuraraq sağ-salamat evlərinə dönmələrini arzulayıblar. Sonda tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə təntənəli konsert proqramı təqdim olunub. Yekunda Müdafiə Nazirliyinin əməkdaşlarına və incəsənət nümayəndələrinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar təqdim edilib. Vertikal.az Geri dön |