Ana Sayfa > Region > İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib

İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib


12-04-2023, 09:13. Yazar: admin


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 30 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunma, həyətyani torpaq sahəsi ilə təmin olunma, maddi yardım, pay torpaq sahəsinə gedən yolun zəbt olunması, əkin üçün bələdiyyədən icarəsinə torpaq sahəsinin ayrılması, ev təmirinə köməklik, evlə təmin olunma, suvarma suyu ilə təmin olunma və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.







Vertikal.az
Geri dön