Ana Sayfa > Region > Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində növbəti iməcilik keçirilib
Tərtərdə “Heydər Əliyev İli” çərçivəsində növbəti iməcilik keçirilib2-04-2023, 00:12. Yazar: admin |
Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən növbəti iməcilik keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin Heydər Əliyev prospektində, Nizami küçəsində keçirilən iməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, sakinlər fəal iştirak ediblər. Əvvəlcə ərazidə təmizlik işləri aparılıb, səkilər təmizlənib, qurumuş ağaclar ərazidən götürülüb, mövsümlə əlaqədar ağac və kollarda budama aparılıb. Ərazidə ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantıları təmizlənərək Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb. Aksiyada iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vertikal.az Geri dön |