Ana Sayfa > Region > Rayon rəhbəri Sarov kəndində şəhid Şirinli Nurlanın ailəsi ilə görüşüb

Rayon rəhbəri Sarov kəndində şəhid Şirinli Nurlanın ailəsi ilə görüşüb


18-02-2023, 10:37. Yazar: admin


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə Sarov kəndində şəhid Şirinli Nurlan Qədir oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib.



İcra başçısı qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.
Qeyd edək ki, Şirinli Nurlan Qədir oğlu 16 oktyabr 1998-ci ildə rayonun Sarov kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsində 7 oktyabr 2020-ci il tarixdə Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu Sarov kəndində dəfn olunub.



Şirinli Nurlan ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.



Vertikal.az
Geri dön