Ana Sayfa > Region > Rayon rəhbəri Vətən müharibəsi şəhidi Sabirli Əjdər Xanlar oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib
Rayon rəhbəri Vətən müharibəsi şəhidi Sabirli Əjdər Xanlar oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib13-10-2022, 13:23. Yazar: admin |
İki il öncə daha bir şəhidimiz Sabirli Əjdər Xanlar oğlu doğulduğu kənddə torpağa tapşırıldı. Şəhidin ikinci ildönümü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və Tərtər Cümə Məscidinin imamı ilə birgə onun ailəsinə baş çəkib, onlara başsağlığı verib. Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub. Kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 1996-ci ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu idi. Vətən müharibəsi başlayanda 4 il idi ki, hərbidə qulluq edirdi. O, tankçı idi. Sabirli Əjdər 11 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində Suqovuşan, Talış kəndləri istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Suqovuşanın ada olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidentin cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vertikal.az Geri dön |